https://sputnik.az/20230329/dunya-banki-azerbaycanda-su-resurslarinin-idare-olunmasinin-yeni-modelini-hazirlayir-453141904.html
Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır
Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır
Sputnik Azərbaycan
S.Misra diqqətə çatdırıb ki, layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığının təmin edilməsi... 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T23:02+0400
2023-03-29T23:02+0400
2023-03-29T23:02+0400
dünya bankı
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/41353/99/413539982_0:451:4200:2814_1920x0_80_0_0_fbedcf66a8fc9a91dbe8ba23c752c756.jpg
BAKI, 29 mart — Sputnik. Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resurslarının idarə olunmasının yeni modelini hazırlayır. Bu barədə Dünya Bankının su təchizatı və sanitariya üzrə böyük mütəxəssisi Smita Misra Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə çıxış edərək deyib. Onun sözlərinə görə, su resurslarının inventarlaşdırılması və uçotu üzrə addımlar atılacaq. S.Misra diqqətə çatdırıb ki, bu layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığının təmin edilməsi planlaşdırılır. Azərbaycanın kənd təsərrüfatı rayonlarının su problemi yaşamamaları çox vacibdir. O, gələcəkdə layihənin reallaşdırılacağı digər rayonların da müəyyən edilməsinin planlaşdırıldığını bildirib. Qeyd edək ki, Azərbaycana texniki yardım proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41353/99/413539982_0:0:3752:2814_1920x0_80_0_0_a96f0dacf14c9f0eea5168f08ad0abc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya bankı
Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır
S.Misra diqqətə çatdırıb ki, layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığının təmin edilməsi planlaşdırılır.
BAKI, 29 mart — Sputnik. Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resurslarının idarə olunmasının yeni modelini hazırlayır.
Bu barədə Dünya Bankının su təchizatı və sanitariya üzrə böyük mütəxəssisi Smita Misra Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə çıxış edərək deyib. Onun sözlərinə görə, su resurslarının inventarlaşdırılması və uçotu üzrə addımlar atılacaq.
S.Misra diqqətə çatdırıb ki, bu layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığının təmin edilməsi planlaşdırılır. Azərbaycanın kənd təsərrüfatı rayonlarının su problemi yaşamamaları çox vacibdir.
O, gələcəkdə layihənin reallaşdırılacağı digər rayonların da müəyyən edilməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Azərbaycana texniki yardım proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.