Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə qəbul imtahanı keçiriləcək

© State Border Service of Azerbaijan RepublicDSX hərbçiləri
DSX hərbçiləri - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə təşkil ediləcək və Azərbaycan dilində olacaq. Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.
BAKI, 29 mart — Sputnik. Aprelin 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanda 837 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.
Şagirdlər və ya valideynlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İmtahan saat 11:00-da başlanacaq. Buraxılış rejimi saat 10:45-də başa çatacaq və sonra gələn şagirdlər imtahana buraxılmayacaq. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- imtahana buraxılış vərəqəsini.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub. İmtahan qaydalarına aid "Yaddaş kitabçası" ilə DİM-in internet səhifəsində tanış olmaq mümkündür.
Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə təşkil ediləcək və Azərbaycan dilində olacaq. Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.
İmtahanın keçirilməsi üçün 3 bina ayrılıb. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 75 nəzarətçi-müəllim, 9 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.
Xatırladaq ki, imtahan vermək istəyənlərin qeydiyyatı yanvarın 16-dan martın 15-dək aparılıb.
Xəbər lenti
0