https://sputnik.az/20230329/cin-yasil-pek-yolunun-tikintisi-ucun-azerbaycanla-emekdasliga-hazirdir---ma-ci-453104116.html
Çin "Yaşıl İpək Yolu"nun tikintisi üçün Azərbaycanla əməkdaşlığa hazırdır - Ma Çi
Çin "Yaşıl İpək Yolu"nun tikintisi üçün Azərbaycanla əməkdaşlığa hazırdır - Ma Çi
Sputnik Azərbaycan
Çinli diplomat bildirib ki, son illərdə Çin və Azərbaycan arasında ticarət əməkdaşlığı pandemiya və digər mənfi nəticələri dəf edib və müsbət irəliləyişə nail... 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T09:01+0400
2023-03-29T09:01+0400
2023-03-29T09:01+0400
çin
iqtisadiyyat
azərbaycan
böyük ipək yolu
ticarət
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1b/453052538_0:170:1280:890_1920x0_80_0_0_07d9924bffc19653605b46a43ffe5056.jpg
BAKI, 29 mart — Sputnik. Çin Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı möhkəmləndirməyə çalışır, inkişaf təcrübəsini bölüşməyə və "Yaşıl İpək Yolu"nun tikintisi üçün Azərbaycan tərəfi ilə birgə layihələr həyata keçirməyə hazırdır. Bunu Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Ma Çi Sputnik Azərbaycan-a müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Çin müəssisələri Azərbaycanda bərpa olunan enerji mənbələrinin istehsalı üzrə bir sıra irimiqyaslı layihələr həyata keçirir, həmçinin enerjiyə qənaət və tullantıların azaldılması sahəsində əməkdaşlığın artırılması imkanlarını araşdırır. Diplomat bildirib ki, Çin bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir və son illərdə "yaşıl enerji" generatorlarının quraşdırılmış gücünə görə ardıcıl olaraq dünyada birinci yeri tutur. Beləliklə, 2022-ci ildə Çinin yeni quraşdırılmış külək enerjisi və fotoelektrik gücü üç il ardıcıl olaraq 100 milyon kilovattı keçərək 120 milyon kilovatta çatıb. Ma Çi vurğulayıb ki, hazırda Çinin illik yeni quraşdırılmış elektrik enerjisi istehsal gücünün 75%-i bərpa olunan enerji mənbələrindən əldə edilir. Səfirliyin müşaviri bildirib ki, yeni elektrik nəqliyyat vasitələrinə gəlincə, Çin səkkiz ildir ki, onların istehsalına görə dünyada birinci yerdədir. 2022-ci ildə istehsal və satış həcmi təxminən 7 milyon ədəd təşkil edib ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur. Eyni zamanda, yeni elektrik avtomobillərinin qlobal satışının 60%-i Çinin payına düşür. Bakı və Pekin ticarət dövriyyəsinin strukturu və həcmi dəyişib Ma Çinin sözlərinə görə, son illərdə Çin və Azərbaycan arasında ticarət əməkdaşlığı pandemiya və digər mənfi nəticələri dəf edib və müsbət irəliləyişə nail olub. Ma Çi bununla yanaşı əlavə edib ki, Çindən Azərbaycana əsas ixrac malları on il ərzində tekstil, ayaqqabı və baş geyimi kimi mallardan maşın və avadanlıqlar, elektron məhsullar və avtomobillər kimi qabaqcıl istehsal məhsullarına dəyişdirilib. Bu, Azərbaycan istehlakçılarının seçim imkanlarını zənginləşdirib və Azərbaycanın iqtisadi inkişafına, sənaye transformasiyasına və modernləşməsinə təkan verib. Səfirliyin müşaviri eyni zamanda qeyd edib ki, Pekin Azərbaycan məhsullarının Çinə ixracını fəal dəstəkləyir və Azərbaycan tərəfini Çin bazarına yönəlmiş irimiqyaslı beynəlxalq sərgilərdə iştiraka dəvət etməkdə davam edir. Azərbaycandan Çinə ixrac edilən malların növləri tədricən ənənəvi xam neft və neft məhsullarından kimyəvi maddələr və ərzaq məhsulları kimi daha geniş sahələrə doğru genişlənir. Onun sözlərinə görə, Pekin həmçinin sərgilər, transsərhəd elektron ticarət və digər kanallar vasitəsilə Çin bazarını mənimsəməyə və Çin istehlakçılarının həyatına daha çox Azərbaycan mallarını tanıtmağa davam edəcək Azərbaycan müəssisələrini alqışlayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1b/453052538_0:50:1280:1010_1920x0_80_0_0_161b66db98185dcbee0f8af6c4a60a07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
çin, azərbaycan, böyük ipək yolu, ticarət
çin, azərbaycan, böyük ipək yolu, ticarət
Çin "Yaşıl İpək Yolu"nun tikintisi üçün Azərbaycanla əməkdaşlığa hazırdır - Ma Çi
Çinli diplomat bildirib ki, son illərdə Çin və Azərbaycan arasında ticarət əməkdaşlığı pandemiya və digər mənfi nəticələri dəf edib və müsbət irəliləyişə nail olub.
BAKI, 29 mart — Sputnik. Çin Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı möhkəmləndirməyə çalışır, inkişaf təcrübəsini bölüşməyə və "Yaşıl İpək Yolu"nun tikintisi üçün Azərbaycan tərəfi ilə birgə layihələr həyata keçirməyə hazırdır. Bunu Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Ma Çi Sputnik Azərbaycan-a müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Çin müəssisələri Azərbaycanda bərpa olunan enerji mənbələrinin istehsalı üzrə bir sıra irimiqyaslı layihələr həyata keçirir, həmçinin enerjiyə qənaət və tullantıların azaldılması sahəsində əməkdaşlığın artırılması imkanlarını araşdırır.
"Biz əminik ki, gələcəkdə Çin müəssisələri Azərbaycanın enerji və iqtisadi transformasiyasına müsbət töhfə verməkdə davam edəcək", - deyə Ma Çi qeyd edib.
Diplomat bildirib ki, Çin bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir və son illərdə "yaşıl enerji" generatorlarının quraşdırılmış gücünə görə ardıcıl olaraq dünyada birinci yeri tutur.
Beləliklə, 2022-ci ildə Çinin yeni quraşdırılmış külək enerjisi və fotoelektrik gücü üç il ardıcıl olaraq 100 milyon kilovattı keçərək 120 milyon kilovatta çatıb.
Ma Çi vurğulayıb ki, hazırda Çinin illik yeni quraşdırılmış elektrik enerjisi istehsal gücünün 75%-i bərpa olunan enerji mənbələrindən əldə edilir.
Səfirliyin müşaviri bildirib ki, yeni elektrik nəqliyyat vasitələrinə gəlincə, Çin səkkiz ildir ki, onların istehsalına görə dünyada birinci yerdədir. 2022-ci ildə istehsal və satış həcmi təxminən 7 milyon ədəd təşkil edib ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur. Eyni zamanda, yeni elektrik avtomobillərinin qlobal satışının 60%-i Çinin payına düşür.
Bakı və Pekin ticarət dövriyyəsinin strukturu və həcmi dəyişib
Ma Çinin sözlərinə görə, son illərdə Çin və Azərbaycan arasında ticarət əməkdaşlığı pandemiya və digər mənfi nəticələri dəf edib və müsbət irəliləyişə nail olub.
"Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı kimi öz mövqeyini qoruyub saxlayıb. Çin statistikasına görə, 2022-ci ildə ikitərəfli ticarət artımı 15%-ə çatıb ki, bu da Çin-Azərbaycan ticarət əlaqələrinin möhkəmliyini və sabitliyini tam sübut edir. Çin Azərbaycan bazarına böyük əhəmiyyət verir", - deyə çinli diplomat bildirib.
Ma Çi bununla yanaşı əlavə edib ki, Çindən Azərbaycana əsas ixrac malları on il ərzində tekstil, ayaqqabı və baş geyimi kimi mallardan maşın və avadanlıqlar, elektron məhsullar və avtomobillər kimi qabaqcıl istehsal məhsullarına dəyişdirilib. Bu, Azərbaycan istehlakçılarının seçim imkanlarını zənginləşdirib və Azərbaycanın iqtisadi inkişafına, sənaye transformasiyasına və modernləşməsinə təkan verib.
Səfirliyin müşaviri eyni zamanda qeyd edib ki, Pekin Azərbaycan məhsullarının Çinə ixracını fəal dəstəkləyir və Azərbaycan tərəfini Çin bazarına yönəlmiş irimiqyaslı beynəlxalq sərgilərdə iştiraka dəvət etməkdə davam edir. Azərbaycandan Çinə ixrac edilən malların növləri tədricən ənənəvi xam neft və neft məhsullarından kimyəvi maddələr və ərzaq məhsulları kimi daha geniş sahələrə doğru genişlənir.
"Çin ikitərəfli ticarətin miqyasını genişləndirilməsi, malların strukturunun optimallaşdırılması, logistika və nəqliyyat, gömrük sərhəd müfəttişliyi kimi ticarətlə əlaqəli sahələrdə dövlət idarələri və müəssisələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və ticarətin liberallaşdırılması və sadələşdirilməsi səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan tərəfi ilə birgə işləməyə hazırdır", - deyə Ma Çi bildirib
Onun sözlərinə görə, Pekin həmçinin sərgilər, transsərhəd elektron ticarət və digər kanallar vasitəsilə Çin bazarını mənimsəməyə və Çin istehlakçılarının həyatına daha çox Azərbaycan mallarını tanıtmağa davam edəcək Azərbaycan müəssisələrini alqışlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.