https://sputnik.az/20230329/belediyyeler-ailelere-mudaxile-edecekler-453156495.html
Bələdiyyələr ailələrə müdaxilə edəcəklər
Bələdiyyələr ailələrə müdaxilə edəcəklər
Sputnik Azərbaycan
AQUPK-nin sədr müavini bildirib ki, insanlara insan alverinin qurbanına çevrilmədən də çətin həyatdan çıxış yolunun olduğu çatdırılmalıdır. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T22:16+0400
2023-03-29T22:16+0400
2023-03-29T23:13+0400
bələdiyyə
cəmiyyət
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
ailə
https://cdnn1.img.sputnik.az/img/07e4/08/06/424614059_0:0:3071:1728_1920x0_80_0_0_075df7c63ee8d058060e50b7d6d4a9ea.jpg
BAKI, 29 mart — Sputnik. 500-dək sorğu, 50 nəfər arasında aparılan detallı müsahibə əsasında bəlli olub ki, potensial insan alveri qurbanları 7-14 yaşında dilənçiyə vadar edilən uşaqlardır. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlimdə deyib. Ölkə başçısı tərəfindən İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının təsdiqləndiyinə diqqət çəkən S.Qəhrəmanova bildirib ki, insan alverinin qarşısını almaq üçün şəxslərin nə üçün insan alveri qurbanı olduğu araşdırılmalıdır. İnsanlara insan alverinin qurbanına çevrilmədən də çətin həyatdan çıxış yolunun olduğu çatdırılmalıdır. "Hər kəs öz ayağı üzərində durmalıdır. Biz 40 il əvvəlki ailə dəyərlərimizin nə üçün itdiyini araşdırmalıyıq, cəmiyyəti maarifləndirməliyik", - o, deyib. S.Qəhrəmanova ailə-məişət zorakılığının qarşısını almaq, ailələrə müdaxilə üçün bələdiyyələrdə gender komissiyaların yaradılması istiqamətində işlər görüldüyünü bildirib. Qeyd edib ki, hazırda Sabunçuda bu pilot layihə icra olunur, rayon bələdiyyəsində belə komissiyalar yaradılıb. Komitə rəsmisi hesab edir ki, cəmiyyətdəki bir sıra problemlərin - eyni zamanda da insan alverinin də kökündə məişət zorakılığı dayanır. "İllər ötdükcə arzuolunmaz hallar artır. Çünki ailələrdə münasibətlər pozulur", - Komitə rəsmisi əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/06/424614059_194:0:2925:2048_1920x0_80_0_0_f226f91a6ec152073946fe0a101b92a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bələdiyyə, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, ailə
bələdiyyə, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, ailə
Bələdiyyələr ailələrə müdaxilə edəcəklər
22:16 29.03.2023 (Yenilənib: 23:13 29.03.2023) AQUPK-nin sədr müavini bildirib ki, insanlara insan alverinin qurbanına çevrilmədən də çətin həyatdan çıxış yolunun olduğu çatdırılmalıdır.
BAKI, 29 mart — Sputnik. 500-dək sorğu, 50 nəfər arasında aparılan detallı müsahibə əsasında bəlli olub ki, potensial insan alveri qurbanları 7-14 yaşında dilənçiyə vadar edilən uşaqlardır.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlimdə deyib.
Ölkə başçısı tərəfindən İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının təsdiqləndiyinə diqqət çəkən S.Qəhrəmanova bildirib ki, insan alverinin qarşısını almaq üçün şəxslərin nə üçün insan alveri qurbanı olduğu araşdırılmalıdır. İnsanlara insan alverinin qurbanına çevrilmədən də çətin həyatdan çıxış yolunun olduğu çatdırılmalıdır.
"Hər kəs öz ayağı üzərində durmalıdır. Biz 40 il əvvəlki ailə dəyərlərimizin nə üçün itdiyini araşdırmalıyıq, cəmiyyəti maarifləndirməliyik", - o, deyib.
S.Qəhrəmanova ailə-məişət zorakılığının qarşısını almaq, ailələrə müdaxilə üçün bələdiyyələrdə gender komissiyaların yaradılması istiqamətində işlər görüldüyünü bildirib. Qeyd edib ki, hazırda Sabunçuda bu pilot layihə icra olunur, rayon bələdiyyəsində belə komissiyalar yaradılıb.
Komitə rəsmisi hesab edir ki, cəmiyyətdəki bir sıra problemlərin - eyni zamanda da insan alverinin də kökündə məişət zorakılığı dayanır.
"İllər ötdükcə arzuolunmaz hallar artır. Çünki ailələrdə münasibətlər pozulur", - Komitə rəsmisi əlavə edib.