https://sputnik.az/20230328/xaricden-getirilen-mallar-hansi-halda-gomrukde-beyan-edilmelidir-453052772.html
Xaricdən gətirilən mallar hansı halda gömrükdə bəyan edilməlidir?
Xaricdən gətirilən mallar hansı halda gömrükdə bəyan edilməlidir?
Sputnik Azərbaycan
Cəfərli bildirdi ki, Dövlət Gömrük Komitəsinin xaricdən gətirilən malların invoys qiymətlərinə inanmayıb özünün qiymət qoyması qanunsuzluqdur. 28.03.2023, Sputnik Azərbaycan
2023-03-28T10:11+0400
2023-03-28T10:11+0400
2023-03-28T10:11+0400
gömrük
cəmiyyət
məhdudiyyət
xaric
dövlət gömrük komitəsi
vətəndaş
cinayətkar
mal
məhsul
heydər əliyev adına hava limanı
https://cdnn1.img.sputnik.az/img/42238/59/422385934_0:160:3073:1888_1920x0_80_0_0_384698d065c08e78ae753ea3db635b32.jpg
BAKI, 28 mart — Sputnik. İki gün öncə Dövlət Gömrük Komitəsinin İstanbul-Bakı aviareysi ilə gələn vətəndaşın əl yüklərinin fotolarının sosial səhifə hesablarında paylaşılması ictimaiyyətdə böyük narazılıq yaradıb. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn vətəndaş Heydər Əliyev adına Beynəlxalq Hava Limanının "VİP" zalında saxlanılıb və ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd "Cartier" markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub. Bundan sonra Gömrük Komitəsi vətəndaşın əl yükündə olan əşyalarının fotolarını sosial səhifə hesablarında paylaşıb. Hadisənin ictimaiyyətdə narazılıq yaratdığını görən Dövlət Gömrük Komitəsi məsələyə sosial səhifə hesabında münasibət bildirib: "Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən şəxsi istehlak üçün hər bir şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirə bilər. Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır". Bəs görəsən, Dövlət Gömrük Xidməti xaricdən vətəndaşların gətirdiyi malların bazar dəyərini necə müəyyən edir? Vətəndaşlar xaricdən gətirdiyi malları hansı halda bəyan etməyə bilər? N.Cəfərli bildirdi ki, Dövlət Gömrük Komitəsi daxili qərarla özü-özünə invoysların yoxlanması və qiymət qoymaq səlahiyyəti verib: "İstənilən şəxs xaricdən mal gətirdikdə, Komitə onun invoys qiymətlərinə inanmır. Özü qiymət qoyur. Bu isə o deməkdir ki, Komitə öz səlahiyyətlərini aşır". İqtisadçı bildirdi ki, yalnız qazanc məqsədilə ölkəmizə mal gətirən şəxslər həmin mallara görə vergi ödəməlidirlər: "Vətəndaşla cinayətkar kimi davranmaq yolverilməzdir. Hətta vətəndaşın bu malları satmaq məqsədilə gətirdiyi sübut olunsa da, ona izah olunmalıdır ki, həmin malların vergisi ödənilməlidir". Hüquqşunas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda istehsal olunmayan istənilən mallar üzrə heç bir gömrük yığımı və məhdudiyyəti olmamalıdır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli təsdiq etdiyi 305 saylı qərarın 1.5-ci bəndində deyilir ki, fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi sadə və istehlak məqsədi üçün keçirildiyi yəqinləşdirilməklə fiziki şəxs özünün və ailə üzvlərinin istifadəsi və istehlak məqsədi üçün 2 ədəd eyni və ya eyni cinsli malları vergi orqanına bəyan etməməklə gətirə bilər: "Amma burada bir əlavə var ki, həmin qaydanın 1.2-ci bəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində bunu edə bilər. Həmin hədd isə hər ay ərzində bir dəfə gətirilən malların ümumu gömrük dəyərinin 800 ABŞ dollarından dəyərindən artıq olmamasıdır. Şəxs özünə və ailə üzvünə hər şeydən iki dənə gətirə bilər, amma ay ərzində 800 dolları ötməməlidir. Qanunla bu məsələdə gömrük orqanı haqlıdır". Əkrəm Həsənovun fikrincə, bu prosesdə ən vacib məqam odur ki, Azərbaycanda istehsal olunmayan malın xarici ölkədən gətirilməsinə məhdudiyyət qoyulmamalıdır: "Bizim vətəndaşların xaricdən alıb gətirdiyi mallar Azərbaycanda istehsal olunmur. Buna niyə gömrük rüsumu, məhdudiyyətlər olmalıdır? Vətəndaş pul verib xaricə bilet alıb qayıdanda da özünə nəsə alır, onun niyə hesabatını verməlidir? Bunun heç bir ağlabatan izahı yoxdur. Bir izahı var ki, dövlət büdcəsini doldurmaq. Amma bu doldurmaq da son nəticədə bazarda qiymətlərin artımına aparır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42238/59/422385934_170:0:2901:2048_1920x0_80_0_0_9d78b8fd5d9ea2f4e87437ad6a623b25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
gömrük, məhdudiyyət, xaric, dövlət gömrük komitəsi, vətəndaş, cinayətkar, mal, məhsul, heydər əliyev adına hava limanı
gömrük, məhdudiyyət, xaric, dövlət gömrük komitəsi, vətəndaş, cinayətkar, mal, məhsul, heydər əliyev adına hava limanı
Xaricdən gətirilən mallar hansı halda gömrükdə bəyan edilməlidir?
Cəfərli bildirdi ki, Dövlət Gömrük Komitəsinin xaricdən gətirilən malların invoys qiymətlərinə inanmayıb özünün qiymət qoyması qanunsuzluqdur.
BAKI, 28 mart — Sputnik. İki gün öncə Dövlət Gömrük Komitəsinin İstanbul-Bakı aviareysi ilə gələn vətəndaşın əl yüklərinin fotolarının sosial səhifə hesablarında paylaşılması ictimaiyyətdə böyük narazılıq yaradıb. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn vətəndaş Heydər Əliyev adına Beynəlxalq Hava Limanının "VİP" zalında saxlanılıb və ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd "Cartier" markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.
Bundan sonra Gömrük Komitəsi vətəndaşın əl yükündə olan əşyalarının fotolarını sosial səhifə hesablarında paylaşıb. Hadisənin ictimaiyyətdə narazılıq yaratdığını görən Dövlət Gömrük Komitəsi məsələyə sosial səhifə hesabında münasibət bildirib: "Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən şəxsi istehlak üçün hər bir şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirə bilər. Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır".
Bəs görəsən, Dövlət Gömrük Xidməti xaricdən vətəndaşların gətirdiyi malların bazar dəyərini necə müəyyən edir? Vətəndaşlar xaricdən gətirdiyi malları hansı halda bəyan etməyə bilər?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 305 saylı qərarının müvafiq bəndinə əsasən, şəxsi və yaxın qohumların istifadəsi üçün gətirilən mallar dəyərindən və miqdarından asılı olmayaraq gömrük rüsumlarından azaddır. Onun sözlərinə görə, 305 saylı qərarın 1.5. bəndində qeyd edilib ki, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və eynicinsli malı güzəştli qaydada gömrük ödənişləri ödəmədən gömrük sərhədindən keçirmək hüququna malikdir.
N.Cəfərli bildirdi ki, Dövlət Gömrük Komitəsi daxili qərarla özü-özünə invoysların yoxlanması və qiymət qoymaq səlahiyyəti verib: "İstənilən şəxs xaricdən mal gətirdikdə, Komitə onun invoys qiymətlərinə inanmır. Özü qiymət qoyur. Bu isə o deməkdir ki, Komitə öz səlahiyyətlərini aşır".
İqtisadçı bildirdi ki, yalnız qazanc məqsədilə ölkəmizə mal gətirən şəxslər həmin mallara görə vergi ödəməlidirlər: "Vətəndaşla cinayətkar kimi davranmaq yolverilməzdir. Hətta vətəndaşın bu malları satmaq məqsədilə gətirdiyi sübut olunsa da, ona izah olunmalıdır ki, həmin malların vergisi ödənilməlidir".
N.Cəfərli onu da bildirib ki, Komitənin vətəndaşın gətirdiyi malların fotolarını ictimaiyyətə yayması da düzgün deyil.
Hüquqşunas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda istehsal olunmayan istənilən mallar üzrə heç bir gömrük yığımı və məhdudiyyəti olmamalıdır.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli təsdiq etdiyi 305 saylı qərarın 1.5-ci bəndində deyilir ki, fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi sadə və istehlak məqsədi üçün keçirildiyi yəqinləşdirilməklə fiziki şəxs özünün və ailə üzvlərinin istifadəsi və istehlak məqsədi üçün 2 ədəd eyni və ya eyni cinsli malları vergi orqanına bəyan etməməklə gətirə bilər:
"Amma burada bir əlavə var ki, həmin qaydanın 1.2-ci bəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində bunu edə bilər. Həmin hədd isə hər ay ərzində bir dəfə gətirilən malların ümumu gömrük dəyərinin 800 ABŞ dollarından dəyərindən artıq olmamasıdır. Şəxs özünə və ailə üzvünə hər şeydən iki dənə gətirə bilər, amma ay ərzində 800 dolları ötməməlidir. Qanunla bu məsələdə gömrük orqanı haqlıdır".
Əkrəm Həsənov deyir ki, bu qayda gömrük orqanları üçün korrupsiya mənbəyidir. Onun sözlərinə görə, gömrük orqanı istəsə, vətəndaşdan rüşvət alıb həmin mallarını buraxa bilər: "Çünki, malların dəyərinin 800 ABŞ dollarını ölçmə mexanizmi yoxdur. Gömrük orqanı vətəndaşın xaricdə aldığı malın qəbzini qəbul etmir. Vətəndaş saatı 200 ABŞ dollarına alsa belə, Komitə o malın qiymətinin 200 yox, 500 ABŞ dolları olduğunu söyləyir. Buna nəzarət edən də yoxdur".
Əkrəm Həsənovun fikrincə, bu prosesdə ən vacib məqam odur ki, Azərbaycanda istehsal olunmayan malın xarici ölkədən gətirilməsinə məhdudiyyət qoyulmamalıdır: "Bizim vətəndaşların xaricdən alıb gətirdiyi mallar Azərbaycanda istehsal olunmur. Buna niyə gömrük rüsumu, məhdudiyyətlər olmalıdır? Vətəndaş pul verib xaricə bilet alıb qayıdanda da özünə nəsə alır, onun niyə hesabatını verməlidir? Bunun heç bir ağlabatan izahı yoxdur. Bir izahı var ki, dövlət büdcəsini doldurmaq. Amma bu doldurmaq da son nəticədə bazarda qiymətlərin artımına aparır".