CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərar ləğv edildi

© Sputnik / Murad OrujovVüqar Səfərli
Vüqar Səfərli - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Məhkəmə prosesində vəkillərin bəraətlə bağlı şikayətləri təmin olunmayıb.
BAKI, 28 mart — Sputnik. Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə həbsdə olan Nadir Məmmədov və digər ittiham olunan şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi keçirilən prosesdə vəkillərin bəraətlə bağlı şikayətləri təmin olunmayıb. Lakin məhkəmə Vüqar Səfərli və iş üzrə digər ittiham olunan şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib.
İş əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Məhkəmə işinə V.Səfərlinin həyat yoldaşı Gülər Səfərli və iki oğlu Seymur Səfərli ilə Samir Səfərli maraqlı şəxs kimi cəlb olunub. Belə ki, ailə üzvləri V.Səfərli həbs olunduqdan sonra müsadirə edilmiş əmlaklarının geri qaytarılmasını tələb ediblər. Xatırladaq ki, ailənin müsadirə edilən əmlakları bunlardır:
Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;
Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi;
Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;
Ətraflı
Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı;
İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi;
İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi;
"Mercedes Benz ML 350", "Volkswagen Tuareg" və "Toyota Land Cruiser" markalı avtomobillər;
Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi;
Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi;
Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;
"Rabitəbank" ASC-də hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabına olan 500 min manat;
Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat.
Qeyd edək ki, V.Səfərli 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olub. 2021-ci ilin yanvarında külli miqdarda yeyinti ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan V. Səfərli apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0