SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistandakı hakim rejim bu gün də sülh prosesinin mahiyyətini dərk etmir - XİN rəsmisi

© Photo : REPORT IAXarici işlər nazirinin müavini Xələf Xələfov
Xarici işlər nazirinin müavini Xələf Xələfov  - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
XİN rəsmisi Ermənistanın Azərbaycanın və bütün beynəlxalq ictimaiyyətin sülhün bərqərar olması üçün göstərdiyi səylərdən düzgün nəticə çıxaracağına ümidvar olduğunu dilə gətirib.
BAKI, 28 mart - Sputnik. İşğal dövründə Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minaların miqdarına görə bu gün Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. APA xəbər ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə tədbirdə çıxışı zamanı deyib.
Nazir müavini təəssüflə bildirib ki, Ermənistandakı hakim rejim bu gün də sülh prosesinin mahiyyətini və tarixi əhəmiyyətini dərk etmir, revanşizm hissləri ilə yaşayır, reallıqlardan nəticə çıxara bilmir.

"Gərginlik yaratmaq, təxribat törətmək, Qarabağda yaşayan ermənilər arasında separatizmi qızışdırmaq, bu ərazilərə qanunsuz olaraq silah-sursat daşımaq, bu ərazilərdən çıxarılmalı olan qanunsuz hərbi birləşmələri gücləndirmək kimi pozucu fəaliyyətlərindən hələ də əl çəkmirlər".

"Bütün bunların bircə cavabı var: Ermənistan 44 günlük müharibənin nəticələrindən irəli gələn öhdəliklərə əməl edəcək", - deyə XİN rəsmisi bildirib.
"Ümid edirik ki, qonşumuz Ermənistan bütün deyilənlərdən, Azərbaycanın və bütün beynəlxalq ictimaiyyətin sülhün bərqərar olması üçün, problemlərin tez bir zamanda həlli üçün, sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və bütün kommunikasiyaların açılması kimi münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən düzgün nəticə çıxaracaq", - deyə Xələf Xələfov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib - Sputnik Azərbaycan, 1920, 28.03.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edib
Xəbər lenti
0