https://sputnik.az/20230328/belarus-tehlukesizliyini-guclendirmek-ucun-lazimi-cavab-tedbirleri-gorur---xn-453093942.html
Belarus təhlükəsizliyini gücləndirmək üçün lazımi cavab tədbirləri görür - XİN
Belarus təhlükəsizliyini gücləndirmək üçün lazımi cavab tədbirləri görür - XİN
Sputnik Azərbaycan
Mətbuat xidməti qeyd edib ki, ABŞ-ın 150-dən çox taktiki nüvə silahı NATO-ya üzv Avropa ölkələrinin ərazisində saxlanılır, onlardan mümkün istifadə üçün... 28.03.2023, Sputnik Azərbaycan
2023-03-28T12:41+0400
2023-03-28T12:41+0400
2023-03-28T12:53+0400
belarus
dünya xəbərləri
nato
nüvə silahı
https://cdnn1.img.sputnik.az/img/41942/11/419421122_22:0:984:541_1920x0_80_0_0_1136098b82f75a06123b46c1f11e93a3.jpg
BAKI, 28 mart — Sputnik. Belarus Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya ilə hərbi əməkdaşlıq beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir və nüvə başlıqlarının üzərində nəzarəti Minskə vermədən ölkə ərazisində yerləşdirilməsi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin müddəalarına zidd olmayacaq. Bundan əlavə, qeyd edilir ki, bu, qeyri-nüvə və nüvə gücləri arasında hərbi əməkdaşlıq sahəsində yenilik deyil. "NATO-da uzun müddətdir ki, "birgə nüvə missiyaları" praktikası mövcuddur, Alyansa üzv ölkələrin təyyarələri nüvə silahı ilə uçuşlar üçün sertifikatlaşdırılıb, uçuş heyəti bu cür "missiyalar" üçün hazırlanır, müvafiq təlimlər keçirilir", - açıqlamada deyilir. Mətbuat xidməti qeyd edib ki, ABŞ-ın 150-dən çox taktiki nüvə silahı NATO-ya üzv Avropa ölkələrinin ərazisində saxlanılır, onlardan mümkün istifadə üçün 250-dən çox təyyarə hazırlanıb. Qeyd olunur ki, siyasətdə və iqtisadiyyatda birtərəfli məcburi tədbirlər sərhədlərimizə yaxın qonşu olan NATO-ya üzv ölkələrin ərazisində hərbi potensialın artırılması ilə müşayiət olunur:"Bu halları və milli təhlükəsizlik sahəsində qanuni narahatlıqları və riskləri nəzərə alaraq, Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi cavab tədbirləri görür". "Belarus tərəfi əmindir ki, qarşıdurma ritorikasını və silahlanma yarışının inkişafını qlobal və regional təhlükəsizliyin arxitekturasını, silahsızlanma, yayılmamaq və silahlara nəzarət üçün çoxtərəfli mexanizmləri gücləndirməyə yönəlmiş konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqla əvəz etmək lazımdır. Biz bütün tərəfdaşlarımızı buna çağırmışıq və çağırmaqda davam edirik", - deyə mətbuat xidməti əlavə edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və Minsk beynəlxalq öhdəlikləri pozmadan Belarusda taktiki nüvə silahı yerləşdirməyə razılaşıblar. Putin bildirib ki, Rusiya nüvə silahlarını Belarusa ötürmür, lakin ABŞ-ın onilliklər ərzində etdiklərini edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41942/11/419421122_142:0:863:541_1920x0_80_0_0_6e2e39f963784e397e4e080c09ffff2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus, nato, nüvə silahı
belarus, nato, nüvə silahı
Belarus təhlükəsizliyini gücləndirmək üçün lazımi cavab tədbirləri görür - XİN
12:41 28.03.2023 (Yenilənib: 12:53 28.03.2023) Mətbuat xidməti qeyd edib ki, ABŞ-ın 150-dən çox taktiki nüvə silahı NATO-ya üzv Avropa ölkələrinin ərazisində saxlanılır, onlardan mümkün istifadə üçün 250-dən çox təyyarə hazırlanıb.
BAKI, 28 mart — Sputnik. Belarus Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya ilə hərbi əməkdaşlıq beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir və nüvə başlıqlarının üzərində nəzarəti Minskə vermədən ölkə ərazisində yerləşdirilməsi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin müddəalarına zidd olmayacaq.
"Xüsusi döyüş sursatı olan təyyarələri idarə etməyə qadir olan Belarus pilotlarının hazırlanması, belə təyyarələrin modernləşdirilməsi, o cümlədən Belarus ərazisində nüvə başlıqlarının yerləşdirilməsi və onlara nəzarətin Minskə verilməsi, eləcə də müvafiq texnologiyalara çıxış heç bir halda Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin I və II maddələrinin müddəalarına zidd deyil", - Nazirliyin mətbuat xidməti bildirib.
Bundan əlavə, qeyd edilir ki, bu, qeyri-nüvə və nüvə gücləri arasında hərbi əməkdaşlıq sahəsində yenilik deyil.
"NATO-da uzun müddətdir ki, "birgə nüvə missiyaları" praktikası mövcuddur, Alyansa üzv ölkələrin təyyarələri nüvə silahı ilə uçuşlar üçün sertifikatlaşdırılıb, uçuş heyəti bu cür "missiyalar" üçün hazırlanır, müvafiq təlimlər keçirilir", - açıqlamada deyilir.
Mətbuat xidməti qeyd edib ki, ABŞ-ın 150-dən çox taktiki nüvə silahı NATO-ya üzv Avropa ölkələrinin ərazisində saxlanılır, onlardan mümkün istifadə üçün 250-dən çox təyyarə hazırlanıb.
"Son iki il yarım ərzində Belarus Respublikası ABŞ, Böyük Britaniya və onların NATO üzrə müttəfiqləri, eləcə də Avropa İttifaqına üzv dövlətlər tərəfindən görünməmiş siyasi, iqtisadi və informasiya təzyiqinə məruz qalıb. Bu, Belarusun geosiyasi kursunun dəyişdirilməsinə və daxili siyasi sisteminin dəyişdirilməsinə yönəlmiş müstəqil dövlətin daxili işlərinə birbaşa və kobud müdaxilədir. Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulması ilə əlaqədar Belarus Respublikasının Təhlükəsizlik Təminatı Memorandumunu imzalayan ayrı-ayrı dövlətlər tərəfindən qəbul edilmiş öhdəliklərlə birbaşa ziddiyyət təşkil edir", - şərhdə vurğulanır.
Qeyd olunur ki, siyasətdə və iqtisadiyyatda birtərəfli məcburi tədbirlər sərhədlərimizə yaxın qonşu olan NATO-ya üzv ölkələrin ərazisində hərbi potensialın artırılması ilə müşayiət olunur:
"Bu halları və milli təhlükəsizlik sahəsində qanuni narahatlıqları və riskləri nəzərə alaraq, Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi cavab tədbirləri görür".
"Belarus tərəfi əmindir ki, qarşıdurma ritorikasını və silahlanma yarışının inkişafını qlobal və regional təhlükəsizliyin arxitekturasını, silahsızlanma, yayılmamaq və silahlara nəzarət üçün çoxtərəfli mexanizmləri gücləndirməyə yönəlmiş konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqla əvəz etmək lazımdır. Biz bütün tərəfdaşlarımızı buna çağırmışıq və çağırmaqda davam edirik", - deyə mətbuat xidməti əlavə edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və Minsk beynəlxalq öhdəlikləri pozmadan Belarusda taktiki nüvə silahı yerləşdirməyə razılaşıblar. Putin bildirib ki, Rusiya nüvə silahlarını Belarusa ötürmür, lakin ABŞ-ın onilliklər ərzində etdiklərini edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.