Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Azərbaycançılıq ideyası multkulturalizmin əsas bazasını təşkil edir

© Sputnik / Perventsev / Mediabanka keçidHeydər Əliyev
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
"Heydər Əliyev İli" çərçivəsində Qubada elmi-praktik konfrans keçirilib. Tədbirdə ADPU-nun Quba filialının professor-müəllim heyəti, tələbələri, Quba regional "ASAN xidmət" mərkəzinin əməkdaşları və könüllüləri iştirak edib.
BAKI, 28 mart — Sputnik. Ulu Öndərin təşəbbüsü və göstərişi ilə Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Konstitusiyasında əks olunub. Bu barədə Quba regional "ASAN xidmət" mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində keçirilən "Ulu Öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər" mövzusunda elmi-praktik konfransda bildirilib.
Qeyd olunub ki, "multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir".
Tədbirdə ADPU-nun Quba filialının professor-müəllim heyəti, tələbələri, Quba regional "ASAN xidmət" mərkəzinin əməkdaşları və könüllüləri iştirak ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru Yusif Alıyev müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin multikulturalizm sahəsində gördüyü mühüm işlərin bu gün uğurla davam etdirilməsindən danışıb.
Quba regional "ASAN xidmət" mərkəzinin nümayəndəsi Ülvi Məmmədov tədbirdə "Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu" mövzusunda məruzə ilə çıxış edib.
Bildirib ki, Heydər Əliyev etnik milliyyətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multkulturalizmin əsas bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürüb.
Elmi-praktik konfransda "Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu", "Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər", "Heydər Əliyev Azərbaycan qadınları haqqında", "Müasir Azərbaycanda multikultural cəmiyyət", "Azərbaycanda multikulturalizm və dini müxtəliflik" mövzularında məruzələr dinlənilib.
(AZƏRTAC)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0