https://sputnik.az/20230328/azerbaycan-rusiya-ticaret-dovriyyesi-artmaqda-davam-edir---sebebler-ve-cedvel-453073789.html
Azərbaycan-Rusiya ticarət dövriyyəsi artmaqda davam edir - Səbəblər və cədvəl
Azərbaycan-Rusiya ticarət dövriyyəsi artmaqda davam edir - Səbəblər və cədvəl
Sputnik Azərbaycan
Ekspertin fikrincə, növbəti dövrlərdə Azərbaycan ilə Rusiya arasında birgə istehsal artacaq və bu, bizim üçün geniş imkanlar yaradacaq. 28.03.2023, Sputnik Azərbaycan
2023-03-28T09:32+0400
2023-03-28T09:32+0400
2023-03-28T09:32+0400
azərbaycan
iqtisadiyyat
rusiya
ticarət
ticarət dövriyyəsi
dövriyyə
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 28 mart — Sputnik. Bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 761 milyon 547 min dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur. Azərbaycana ən çox Rusiyadan məhsul gətirilib Cari ilin ilk 2 ayında Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, ötən 2 ayda Rusiyadan ölkəmizə 565 milyon 612 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox deməkdir. Azərbaycanın ümumi idxalının 21,34 faizi Rusiyanın payına düşüb. Rusiyaya ixrac da artıb Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı isə 195 milyon 934 min dollar təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfəyə yaxın çoxdur. Ölkəmizin ümumi ixracının 4,33 faizi Rusiyanın payına düşüb. Ticarət dövriyyəsinin daha da artacağı gözlənilir Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artımın bir sıra amillərlə bağlı olduğunu söyləyib. O bildirib ki, pandemiya dövründə dünya iqtisadiyyatında azalmalar baş verib. 2022-ci il isə pandemiyadan sonrakı bərpa dövrüdür və kifayət qədər dünya iqtisadiyyatında artım qeydə alınıb. Hətta 2023-cü ildə dünya iqtisadiyyatının pandemiyadan əvvəlki dövrə qayıtması gözlənilir. Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artımın digər səbəbi geosiyasi gərginliklə bağlıdır: "Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya daha çox regional ölkələrlə ticarət etməyə başlayıb. Hazırki geosiyasi vəziyyətlə əlaqədar regional ölkələr arasında ticari-iqtisadi münasibətlərin artırılması məqbuldur. Digər tərəfdən, ötən dövrdə Azərbaycan Rusiyadan buğda idxalını davam etdirib və bu, ticarət əlaqələrinin artmasına gətirib çıxardıb". Ekspertin fikrincə, növbəti dövrlərdə Azərbaycan ilə Rusiya arasında birgə istehsal artacaq və bu, bizim üçün geniş imkanlar yaradacaq. O əlavə edib ki, bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayının artacağı da gözlənilir. Keçən il də ticarət dövriyyəsi yüksəlib Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Azərbaycanın ümumi idxalının 18,81 faizi Rusiyanın payına düşüb. Azərbaycan ən çox qeyri-neft məhsullarını Rusiyaya ixrac edib Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çox deməkdir. Ölkəmizin ümumi ixracının 2,56 faizi Rusiyanın payına düşüb. 2022-ci ildə ölkəmizdən Rusiyaya 928,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu, 2021-ci illə müqayisədə 5,8 faiz artım deməkdir. Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor və alma ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. 2022-ci ilin mart ayından etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor və almanın bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyət tamamilə aradan qaldırılıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, rusiya, ticarət, ticarət dövriyyəsi, dövriyyə
azərbaycan, rusiya, ticarət, ticarət dövriyyəsi, dövriyyə
Azərbaycan-Rusiya ticarət dövriyyəsi artmaqda davam edir - Səbəblər və cədvəl
Ekspertin fikrincə, növbəti dövrlərdə Azərbaycan ilə Rusiya arasında birgə istehsal artacaq və bu, bizim üçün geniş imkanlar yaradacaq.
BAKI, 28 mart — Sputnik. Bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 761 milyon 547 min dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur.
Azərbaycana ən çox Rusiyadan məhsul gətirilib
Cari ilin ilk 2 ayında Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, ötən 2 ayda Rusiyadan ölkəmizə 565 milyon 612 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox deməkdir. Azərbaycanın ümumi idxalının 21,34 faizi Rusiyanın payına düşüb.
Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı isə 195 milyon 934 min dollar təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfəyə yaxın çoxdur. Ölkəmizin ümumi ixracının 4,33 faizi Rusiyanın payına düşüb.
Ticarət dövriyyəsinin daha da artacağı gözlənilir
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artımın bir sıra amillərlə bağlı olduğunu söyləyib. O bildirib ki, pandemiya dövründə dünya iqtisadiyyatında azalmalar baş verib. 2022-ci il isə pandemiyadan sonrakı bərpa dövrüdür və kifayət qədər dünya iqtisadiyyatında artım qeydə alınıb. Hətta 2023-cü ildə dünya iqtisadiyyatının pandemiyadan əvvəlki dövrə qayıtması gözlənilir.
Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artımın digər səbəbi geosiyasi gərginliklə bağlıdır: "Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya daha çox regional ölkələrlə ticarət etməyə başlayıb. Hazırki geosiyasi vəziyyətlə əlaqədar regional ölkələr arasında ticari-iqtisadi münasibətlərin artırılması məqbuldur. Digər tərəfdən, ötən dövrdə Azərbaycan Rusiyadan buğda idxalını davam etdirib və bu, ticarət əlaqələrinin artmasına gətirib çıxardıb".
Ekspertin fikrincə, növbəti dövrlərdə Azərbaycan ilə Rusiya arasında birgə istehsal artacaq və bu, bizim üçün geniş imkanlar yaradacaq.
O əlavə edib ki, bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayının artacağı da gözlənilir.
Keçən il də ticarət dövriyyəsi yüksəlib
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur.
Ötən il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Azərbaycanın ümumi idxalının 18,81 faizi Rusiyanın payına düşüb.
Azərbaycan ən çox qeyri-neft məhsullarını Rusiyaya ixrac edib
Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çox deməkdir. Ölkəmizin ümumi ixracının 2,56 faizi Rusiyanın payına düşüb. 2022-ci ildə ölkəmizdən Rusiyaya 928,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu, 2021-ci illə müqayisədə 5,8 faiz artım deməkdir.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor və alma ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. 2022-ci ilin mart ayından etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor və almanın bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyət tamamilə aradan qaldırılıb.