https://sputnik.az/20230328/azerbaycan-ordusunda-kibertehlukesizlik-telimi-kecirilir-453114197.html
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
Sputnik Azərbaycan
Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da inkişaf etdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. 28.03.2023, Sputnik Azərbaycan
2023-03-28T18:58+0400
2023-03-28T18:58+0400
2023-03-28T18:58+0400
hərbi
müdafiə nazirliyi
kibertəhlükəsizlik
təlim
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1c/453114022_0:89:893:591_1920x0_80_0_0_a0a19cadef5026c85e51a3795ce894a5.jpg
BAKI, 28 mart - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Kibertəhlükəsizlik təlimi - 2023" təlimini izləyib. Bu barədə Müdafiə nazirliyi xəbər yayıb.Baş idarə rəisi general-mayor Məmməd Eminov Kibertəhlükəsizlik qovşağında təlimlə bağlı müdafiə nazirinə məruzə edib.Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunun Elektron İnformasiya Sisteminin tərkibində bütün növ qərargahlarla, həmçinin komanda məntəqələri ilə məlumatların təhlükəsiz mübadiləsini təmin etmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də sistemdə və digər informasiya resurslarında mövcud təhlükələr barədə istifadəçilərin maarifləndirilməsi, ehtimal olunan kiber hücumlara qarşı müdafiə qabiliyyətinin inkişaf etdirilməsidir.Ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş qovşaqda keçirilən təlimdə hərbi qulluqçular kiber təhlükəsizlik tədbirləri üzrə müxtəlif tapşırıqları icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.Müdafiə naziri təlimin gedişatını müsbət qiymətləndirib və Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da inkişaf etdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1c/453114022_4:0:893:667_1920x0_80_0_0_a78e786f1275816b772380869b1f6e8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, kibertəhlükəsizlik, təlim
müdafiə nazirliyi, kibertəhlükəsizlik, təlim
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da inkişaf etdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
BAKI, 28 mart - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Kibertəhlükəsizlik təlimi - 2023" təlimini izləyib. Bu barədə Müdafiə nazirliyi xəbər yayıb.
Baş idarə rəisi general-mayor Məmməd Eminov Kibertəhlükəsizlik qovşağında təlimlə bağlı müdafiə nazirinə məruzə edib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunun Elektron İnformasiya Sisteminin tərkibində bütün növ qərargahlarla, həmçinin komanda məntəqələri ilə məlumatların təhlükəsiz mübadiləsini təmin etmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də sistemdə və digər informasiya resurslarında mövcud təhlükələr barədə istifadəçilərin maarifləndirilməsi, ehtimal olunan kiber hücumlara qarşı müdafiə qabiliyyətinin inkişaf etdirilməsidir.
Ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş qovşaqda keçirilən təlimdə hərbi qulluqçular kiber təhlükəsizlik tədbirləri üzrə müxtəlif tapşırıqları icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.
Müdafiə naziri təlimin gedişatını müsbət qiymətləndirib və Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da inkişaf etdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.