https://sputnik.az/20230328/avropada-neqliyyat-tetilleri-nefti-ucuzlasdirib-453090497.html
Avropada nəqliyyat tətilləri nefti ucuzlaşdırıb
Avropada nəqliyyat tətilləri nefti ucuzlaşdırıb
Sputnik Azərbaycan
Çində neft istehlakının artacağı gözlənilsə də, ölkədən gələn ilkin məlumatlar neftə tələbatın aşağı olduğunu göstərib. Neft idxalı ilk iki ayda azalıb. 28.03.2023, Sputnik Azərbaycan
2023-03-28T11:27+0400
2023-03-28T11:27+0400
2023-03-28T11:31+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242079_0:148:3114:1900_1920x0_80_0_0_6ec63c720288e8d15b63b3918a4c2e64.jpg
BAKI, 28 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,38 dollar azalaraq 77,74 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 72,72 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti isə 2,03 dollar artaraq 78,28 dollar olub. Qeyd edək ki, bazarlar hasilatın yaxın müddətdə daha da azalacağı gözləntisini diqqətdə saxlayıblar. Digər tərəfdən, Almaniya və Fransada böyük nəqliyyat tətilləri bu həftə neftin artımını dayandırıb və bu, qısa müddətdə neft tələbinə mənfi təsir göstərə bilər. Xüsusilə Almaniyada artan inflyasiya səbəbiylə maaşların artırılması tələbi nəqliyyat işçilərinin tətilə çıxmasına, ictimai nəqliyyatın dayanmasına səbəb olub. Çində neft istehlakının artacağı gözlənilsə də, ölkədən gələn ilkin məlumatlar neftə tələbatın aşağı olduğunu göstərib. Neft idxalı ilk iki ayda azalıb. Neft qiymətləri ötən həftə son itkilərinin bir hissəsini bərpa etsə də, bazarlar iqtisadi yavaşlamanın bu il neftə tələbi azaldacağından qorxduğu üçün qiymət hələ də 15 aylıq minimuma yaxındır. Lakin neft qiymətləri bu il indiyədək 13%-dən çox aşağı düşüb və itkilərin əsas hissəsi mart ayında ABŞ və Avropada bir neçə bankın iflasından sonra bu il iqtisadi yavaşlama ilə bağlı artan narahatlıqlar hesabına olub. Xatırladaq ki, 2022-ci ildə Azərbaycan neftinin ("Azeri Light") bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242079_192:0:2923:2048_1920x0_80_0_0_7a1399ad3000f8ff8b8b767651799bc2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Avropada nəqliyyat tətilləri nefti ucuzlaşdırıb
11:27 28.03.2023 (Yenilənib: 11:31 28.03.2023) Çində neft istehlakının artacağı gözlənilsə də, ölkədən gələn ilkin məlumatlar neftə tələbatın aşağı olduğunu göstərib. Neft idxalı ilk iki ayda azalıb.
BAKI, 28 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,38 dollar azalaraq 77,74 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 72,72 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti isə 2,03 dollar artaraq 78,28 dollar olub.
Qeyd edək ki, bazarlar hasilatın yaxın müddətdə daha da azalacağı gözləntisini diqqətdə saxlayıblar. Digər tərəfdən, Almaniya və Fransada böyük nəqliyyat tətilləri bu həftə neftin artımını dayandırıb və bu, qısa müddətdə neft tələbinə mənfi təsir göstərə bilər. Xüsusilə Almaniyada artan inflyasiya səbəbiylə maaşların artırılması tələbi nəqliyyat işçilərinin tətilə çıxmasına, ictimai nəqliyyatın dayanmasına səbəb olub.
Çində neft istehlakının artacağı gözlənilsə də, ölkədən gələn ilkin məlumatlar neftə tələbatın aşağı olduğunu göstərib. Neft idxalı ilk iki ayda azalıb.
Neft qiymətləri ötən həftə son itkilərinin bir hissəsini bərpa etsə də, bazarlar iqtisadi yavaşlamanın bu il neftə tələbi azaldacağından qorxduğu üçün qiymət hələ də 15 aylıq minimuma yaxındır.
Lakin neft qiymətləri bu il indiyədək 13%-dən çox aşağı düşüb və itkilərin əsas hissəsi mart ayında ABŞ və Avropada bir neçə bankın iflasından sonra bu il iqtisadi yavaşlama ilə bağlı artan narahatlıqlar hesabına olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan neftinin ("Azeri Light") bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.