https://sputnik.az/20230328/abs-paytaxtinda-azerbaycan-xalcalarinin-sergisi-kecirilib-453107523.html
ABŞ paytaxtında Azərbaycan xalçalarının sərgisi keçirilib
ABŞ paytaxtında Azərbaycan xalçalarının sərgisi keçirilib
Sputnik Azərbaycan
Ekspozisiyada həm klassik, həm də müasir üslubda yaradılmış nümunələr nümayiş etdirilib. 28.03.2023, Sputnik Azərbaycan
2023-03-28T18:06+0400
2023-03-28T18:06+0400
2023-03-28T18:06+0400
azərbaycan xəbərləri
azərxalça” açıq səhmdar cəmiyyəti
abş
paytaxt
sərgi
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1c/453089828_0:96:1024:672_1920x0_80_0_0_891a12d4d38f4aa0ff95cb345b34162d.jpg
BAKI, 28 mart — Sputnik. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) ofisində yerləşən qalereyada Azərbaycan xalçalarının sərgisi keçirilib. "Azərxalça" ASC ilə USACC arasında bağlanmış əməkdaşlıq müqavilələrinə əsasən, "Made in Azerbaijan" brendi ilə istehsal olunan xalçaların ilboyu ölkənin müxtəlif ştatlarında sərgi-satışı keçiriləcək. Bununla bağlı ən əlamətdar hadisələrdən biri də odur ki, ABŞ paytaxtının meri Müriel Bouzer 27-31 mart tarixlərini "Azərbaycanın kənd qadınlarının hüquq və imkanlarının genişləndirilməsi həftəsi" elan edib. Ekspozisiyanın açılış mərasimində USACC-nin icraçı direktoru Natiq Baxışov və "Azərxalça" ASC-nin direktoru Emin Məmmədov çıxış edərək, onun əsas məqsədinin Azərbaycan xalçalarını bütün dünyaya nümayiş etdirmək və beynəlxalq əlaqələr yaratmaq olduğunu qeyd ediblər. Sərgi həm klassik, həm də müasir üslubda təqdim olunan hər bir xalçanın tarixi ilə amerikalıları Azərbaycanın zəngin mədəni irsi ilə tanış edib. Burada, həmçinin Azərbaycan qadınları - xalçaçılıq ustaları haqqında videoçarxlar nümayiş etdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1c/453089828_0:0:1024:768_1920x0_80_0_0_693dcca2a40e11d13c7d8318a2f26358.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
azərxalça” açıq səhmdar cəmiyyəti, abş, paytaxt, sərgi
azərxalça” açıq səhmdar cəmiyyəti, abş, paytaxt, sərgi
ABŞ paytaxtında Azərbaycan xalçalarının sərgisi keçirilib
Ekspozisiyada həm klassik, həm də müasir üslubda yaradılmış nümunələr nümayiş etdirilib.
BAKI, 28 mart — Sputnik. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) ofisində yerləşən qalereyada Azərbaycan xalçalarının sərgisi keçirilib.
"Azərxalça" ASC ilə USACC arasında bağlanmış əməkdaşlıq müqavilələrinə əsasən, "Made in Azerbaijan" brendi ilə istehsal olunan xalçaların ilboyu ölkənin müxtəlif ştatlarında sərgi-satışı keçiriləcək.
Bununla bağlı ən əlamətdar hadisələrdən biri də odur ki, ABŞ paytaxtının meri Müriel Bouzer 27-31 mart tarixlərini "Azərbaycanın kənd qadınlarının hüquq və imkanlarının genişləndirilməsi həftəsi" elan edib.
Ekspozisiyanın açılış mərasimində USACC-nin icraçı direktoru Natiq Baxışov və "Azərxalça" ASC-nin direktoru Emin Məmmədov çıxış edərək, onun əsas məqsədinin Azərbaycan xalçalarını bütün dünyaya nümayiş etdirmək və beynəlxalq əlaqələr yaratmaq olduğunu qeyd ediblər.
Sərgi həm klassik, həm də müasir üslubda təqdim olunan hər bir xalçanın tarixi ilə amerikalıları Azərbaycanın zəngin mədəni irsi ilə tanış edib. Burada, həmçinin Azərbaycan qadınları - xalçaçılıq ustaları haqqında videoçarxlar nümayiş etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.