https://sputnik.az/20230327/srailin-azerbaycandaki-sefirliyi-fealiyyetini-muveqqeti-dayandirib-453076734.html
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib
Sputnik Azərbaycan
Bu gün İsrail səfirliklərinə Baş nazir Benyamin Netanyahunun məhkəmə sistemi ilə bağlı islahatlarına qarşı tətilə qoşulmaq çağırışı edilib. 27.03.2023, Sputnik Azərbaycan
2023-03-27T23:05+0400
2023-03-27T23:05+0400
2023-03-27T23:05+0400
azərbaycan
siyasət
israil
səfirlik
https://cdnn1.img.sputnik.az/img/41819/94/418199487_0:99:2000:1224_1920x0_80_0_0_e65a021a37eacb9124e90b88ceb9442b.jpg
BAKI, 27 mart — Sputnik. İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.Bu barədə "Report"a səfirlikdən məlumat verilib."Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.***İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub. Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək. Bu gün İsrail səfirliklərinə Baş nazir Benyamin Netanyahunun məhkəmə sistemi ilə bağlı islahatlarına qarşı tətilə qoşulmaq çağırışı edilib. APA xəbər verir ki, bu çağırış İsrailin ən böyük Həmkarları İttifaqı – "Histadrut"un məktubunda yer alıb. Məktubda Xarici İşlər Nazirliyinin ölkədəki və xaricdəki fəaliyyətlərinin fövqəladə xidmətlərlə məhdudlaşacağı bildirilib. Artıq İsrailin müxtəlif ölkələrdəki səfirlikləri ümummilli tətilə qoşulduqlarını sosial media hesablarından bəyan ediblər. "Bu gün İsrailin ən böyük həmkarlar ittifaqı olan "Histadrut" bütün dövlət işçilərinə, o cümlədən İsrailin dünyadakı diplomatik nümayəndəliklərində tətil elan etməyi tapşırıb. İsrail səfirliyi bu gün növbəti xəbərdarlığa qədər bağlı olacaq və heç bir konsulluq xidməti göstərilməyəcək", - İsrailin ABŞ-dakı səfirliyin mətbuat katibi Elad Strohmayer paylaşımında bildirib. İsrailin İtaliyadakı səfirliyinin sözçüsü Smadar Şapiura da bu gün səfirliyin və konsulluğun bağlı olacağını "Twitter" hesabında bildirib. İsrailin Cənubi Afrika Respublikası, Belçikada, Estoniya, Finlandiya və Gürcüstandakı səfirlikləri də bu gün bağlı olacaqları barədə açıqlama yayıblar.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41819/94/418199487_118:0:1883:1324_1920x0_80_0_0_6ec5834d817059fc5f106b70388e962d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, israil, səfirlik
azərbaycan, israil, səfirlik
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib
Bu gün İsrail səfirliklərinə Baş nazir Benyamin Netanyahunun məhkəmə sistemi ilə bağlı islahatlarına qarşı tətilə qoşulmaq çağırışı edilib.
BAKI, 27 mart — Sputnik. İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib.
"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.
İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub.
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.
Bu gün İsrail səfirliklərinə Baş nazir Benyamin Netanyahunun məhkəmə sistemi ilə bağlı islahatlarına qarşı tətilə qoşulmaq çağırışı edilib.
APA xəbər verir ki, bu çağırış İsrailin ən böyük Həmkarları İttifaqı – "Histadrut"un məktubunda yer alıb.
Məktubda Xarici İşlər Nazirliyinin ölkədəki və xaricdəki fəaliyyətlərinin fövqəladə xidmətlərlə məhdudlaşacağı bildirilib.
Artıq İsrailin müxtəlif ölkələrdəki səfirlikləri ümummilli tətilə qoşulduqlarını sosial media hesablarından bəyan ediblər.
"Bu gün İsrailin ən böyük həmkarlar ittifaqı olan "Histadrut" bütün dövlət işçilərinə, o cümlədən İsrailin dünyadakı diplomatik nümayəndəliklərində tətil elan etməyi tapşırıb. İsrail səfirliyi bu gün növbəti xəbərdarlığa qədər bağlı olacaq və heç bir konsulluq xidməti göstərilməyəcək", - İsrailin ABŞ-dakı səfirliyin mətbuat katibi Elad Strohmayer paylaşımında bildirib.
İsrailin İtaliyadakı səfirliyinin sözçüsü Smadar Şapiura da bu gün səfirliyin və konsulluğun bağlı olacağını "Twitter" hesabında bildirib.
İsrailin Cənubi Afrika Respublikası, Belçikada, Estoniya, Finlandiya və Gürcüstandakı səfirlikləri də bu gün bağlı olacaqları barədə açıqlama yayıblar.