https://sputnik.az/20230327/netanyahu-mehkeme-islahatlari-haqqinda-qanunun-qebulunu-texire-salib-453075293.html
Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə salıb
Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə salıb
Sputnik Azərbaycan
Martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 27.03.2023, Sputnik Azərbaycan
2023-03-27T20:09+0400
2023-03-27T20:09+0400
2023-03-27T20:10+0400
dünya xəbərləri
israil
benyamin netanyahu
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0c/424911398_0:143:3133:1905_1920x0_80_0_0_729fc13a9b35f719150e1be0ea2c4dca.jpg
BAKI, 27 mart - Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.“Report” xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.Məlumata görə, Ben-Qvirin rəhbərlik etdiyi "Yəhudi Gücü" partiyasından bildirilib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bundan əvvəl Ben-Qvir təxirə salınmanın qəti əleyhinə idi.“Kan” qeyd edir ki, bunun müqabilində də Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni struktur Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.Qeyd edək ki, martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 600 mindən çox insan küçələrə axışıb.
https://sputnik.az/20230327/bir-qrup-etirazci-qudsdeki-srail-parlament-binasina-girib-453062325.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0c/424911398_201:0:2932:2048_1920x0_80_0_0_ca439c7079e2ef0ddf99716c9854c386.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, benyamin netanyahu
israil, benyamin netanyahu
Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə salıb
20:09 27.03.2023 (Yenilənib: 20:10 27.03.2023) Martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb.
BAKI, 27 mart - Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Məlumata görə, Ben-Qvirin rəhbərlik etdiyi "Yəhudi Gücü" partiyasından bildirilib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bundan əvvəl Ben-Qvir təxirə salınmanın qəti əleyhinə idi.
“Kan” qeyd edir ki, bunun müqabilində də Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni struktur Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.
Qeyd edək ki, martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 600 mindən çox insan küçələrə axışıb.