https://sputnik.az/20230327/neft-bazarinda-narahatliq---qiymet-cuzi-bahalasib-453041347.html
Neft bazarında narahatlıq - Qiymət cüzi bahalaşıb
Neft bazarında narahatlıq - Qiymət cüzi bahalaşıb
Sputnik Azərbaycan
Neft qiymətləri ötən həftə son itkilərinin bir hissəsini bərpa etsə də, bazarların iqtisadi tənəzzül narahatlığından qiymət hələ də 15 aylıq minimuma yaxındır. 27.03.2023, Sputnik Azərbaycan
2023-03-27T11:29+0400
2023-03-27T11:29+0400
2023-03-27T12:06+0400
neft-qaz
neft
"azerilight" markalı neft
neft qiymətləri
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243328_0:160:3072:1888_1920x0_80_0_0_567a9471684ae9dd291a4c279f008942.jpg
BAKI, 27 mart — Sputnik. Dünya bazarlarında neft cüzi bahalaşıb. "Brent" markalı neftin dəyəri 0,11% artaraq 1 barelə görə 74,67 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,17% artaraq 69,38 dollar olub. Qeyd edək ki, bazarlar potensial bank böhranında növbəti zərbəni gözlədiyi üçün qiymətlər dar dəhlizdə hərəkət edir və qiymətlər 15 aylıq minimum həddən bir qədər yuxarı qalxıb. Geosiyasi gərginliyin artması ilə bağlı narahatlıqlar da qiymətlərə təsir göstərir. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdiriləcəyini açıqlayıb. Kremlin rəhbəri Avropada öz silahlarını yerləşdirən ABŞ-la müqayisədə Rusiyanın bu addımının nüvə silahının yayılmaması barədə beynəlxalq razılaşmaya zidd olmadığını deyib. ABŞ Moskvanın bu açıqlamasından sonra Rusiyanın nüvə silahından istifadəyə hazırlaşmasına inanmadığını bildirib. Neft qiymətləri ötən həftə son itkilərinin bir hissəsini bərpa etsə də, bazarlar iqtisadi yavaşlamanın bu il neftə tələbi azaldacağından qorxduğu üçün qiymət hələ də 15 aylıq minimuma yaxındır. Lakin neft qiymətləri bu il indiyədək 13%-dən çox aşağı düşüb və itkilərin əsas hissəsi mart ayında ABŞ və Avropada bir neçə bankın iflasından sonra bu il iqtisadi yavaşlama ilə bağlı artan narahatlıqlar hesabına olub. Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 2,51 dollar azalaraq 76,25 dollar olub. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243328_171:0:2902:2048_1920x0_80_0_0_6c7e301344625a8b8d4de6c06315d992.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, "azerilight" markalı neft, neft qiymətləri
neft, "azerilight" markalı neft, neft qiymətləri
Neft bazarında narahatlıq - Qiymət cüzi bahalaşıb
11:29 27.03.2023 (Yenilənib: 12:06 27.03.2023) Neft qiymətləri ötən həftə son itkilərinin bir hissəsini bərpa etsə də, bazarların iqtisadi tənəzzül narahatlığından qiymət hələ də 15 aylıq minimuma yaxındır.
BAKI, 27 mart — Sputnik. Dünya bazarlarında neft cüzi bahalaşıb.
"Brent" markalı neftin dəyəri 0,11% artaraq 1 barelə görə 74,67 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,17% artaraq 69,38 dollar olub.
Qeyd edək ki, bazarlar potensial bank böhranında növbəti zərbəni gözlədiyi üçün qiymətlər dar dəhlizdə hərəkət edir və qiymətlər 15 aylıq minimum həddən bir qədər yuxarı qalxıb.
Geosiyasi gərginliyin artması ilə bağlı narahatlıqlar da qiymətlərə təsir göstərir. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdiriləcəyini açıqlayıb. Kremlin rəhbəri Avropada öz silahlarını yerləşdirən ABŞ-la müqayisədə Rusiyanın bu addımının nüvə silahının yayılmaması barədə beynəlxalq razılaşmaya zidd olmadığını deyib. ABŞ Moskvanın bu açıqlamasından sonra Rusiyanın nüvə silahından istifadəyə hazırlaşmasına inanmadığını bildirib.
Neft qiymətləri ötən həftə son itkilərinin bir hissəsini bərpa etsə də, bazarlar iqtisadi yavaşlamanın bu il neftə tələbi azaldacağından qorxduğu üçün qiymət hələ də 15 aylıq minimuma yaxındır.
Lakin neft qiymətləri bu il indiyədək 13%-dən çox aşağı düşüb və itkilərin əsas hissəsi mart ayında ABŞ və Avropada bir neçə bankın iflasından sonra bu il iqtisadi yavaşlama ilə bağlı artan narahatlıqlar hesabına olub.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 2,51 dollar azalaraq 76,25 dollar olub.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.