https://sputnik.az/20230327/mdb-musahideciler-missiyasindan-turkmenistanda-seckiler-barede-aciqlama-453056822.html
MDB müşahidəçilər missiyasından Türkmənistanda seçkilər barədə açıqlama
MDB müşahidəçilər missiyasından Türkmənistanda seçkilər barədə açıqlama
Sputnik Azərbaycan
MDB-dən olan müşahidəçilər missiyası belə qənaətə gəlir ki, martın 26-da seçkilər yüksək təşkilati səviyyədə, azad və şəffaf mühitdə keçirilib. 27.03.2023, Sputnik Azərbaycan
2023-03-27T16:21+0400
2023-03-27T16:21+0400
2023-03-27T16:21+0400
mdb
dünya xəbərləri
türkmənistan
seçkilər
parlament seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440104465_0:160:3072:1888_1920x0_80_0_0_0cb597eeca188199aa01a5204a810532.jpg
BAKI, 27 mart — Sputnik. MDB-dən olan müşahidəçilər missiyası hesab edir ki, Türkmənistan Məclisinə (parlament) seçkilər azad və şəffaf mühitdə keçirilib. Bu barədə Aşqabadda Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib. Ötən bazar günü Türkmənistan parlamentinə seçkilər ölkədəki 2602 seçki məntəqəsində və xaricdəki diplomatik nümayəndəliklərdəki 42 seçki məntəqəsində keçirilib. Seçicilərin fəallığı 91,12% olub. "MDB-dən olan müşahidəçilər missiyası belə qənaətə gəlir ki, martın 26-da seçkilər yüksək təşkilati səviyyədə, azad və şəffaf mühitdə keçirilib. Seçkilər Türkmənistanın konstitusiyasına, Seçki Məcəlləsinə uyğun təşkil olunub və demokratik seçkilərin keçirilməsi üçün hamılıqla qəbul edilmiş beynəlxalq standartlara cavab verir", - deyə Lebedev seçkilərin nəticələrinə dair brifinqdə bildirib. O qeyd edib ki, MDB müşahidəçiləri bütün bölgələrdə olub, seçkilər haqqında kifayət qədər müfəssəl təsəvvür əldə ediblər, yerli müşahidəçilər və digər missiyaların beynəlxalq müşahidəçiləri ilə əlaqə saxlayıblar. Onun sözlərinə görə, MDB-dən olan müşahidəçilər missiyası seçkiqabağı prosesin keçirilməsinə cavabdeh olan bütün strukturlarla sıx əlaqə saxlayıb. "MDB missiyası müşahidə zamanı seçkilərin nəticələrinə təsir edən hər hansı pozuntu müşahidə etməyib. Hər şey açıq şəkildə təşkil olunub, hərtərəfli hazırlıq hiss olunurdu. Biz seçkilərin hazırlığı və keçirilməsini müsbət qiymətləndiririk", - MDB-nin baş katibi vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440104465_171:0:2902:2048_1920x0_80_0_0_3c71419658301e8795b130c127a80ef5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mdb, türkmənistan, seçkilər, parlament seçkiləri
mdb, türkmənistan, seçkilər, parlament seçkiləri
MDB müşahidəçilər missiyasından Türkmənistanda seçkilər barədə açıqlama
MDB-dən olan müşahidəçilər missiyası belə qənaətə gəlir ki, martın 26-da seçkilər yüksək təşkilati səviyyədə, azad və şəffaf mühitdə keçirilib.
BAKI, 27 mart — Sputnik. MDB-dən olan müşahidəçilər missiyası hesab edir ki, Türkmənistan Məclisinə (parlament) seçkilər azad və şəffaf mühitdə keçirilib. Bu barədə Aşqabadda Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.
Ötən bazar günü Türkmənistan parlamentinə seçkilər ölkədəki 2602 seçki məntəqəsində və xaricdəki diplomatik nümayəndəliklərdəki 42 seçki məntəqəsində keçirilib. Seçicilərin fəallığı 91,12% olub.
"MDB-dən olan müşahidəçilər missiyası belə qənaətə gəlir ki, martın 26-da seçkilər yüksək təşkilati səviyyədə, azad və şəffaf mühitdə keçirilib. Seçkilər Türkmənistanın konstitusiyasına, Seçki Məcəlləsinə uyğun təşkil olunub və demokratik seçkilərin keçirilməsi üçün hamılıqla qəbul edilmiş beynəlxalq standartlara cavab verir", - deyə Lebedev seçkilərin nəticələrinə dair brifinqdə bildirib.
O qeyd edib ki, MDB müşahidəçiləri bütün bölgələrdə olub, seçkilər haqqında kifayət qədər müfəssəl təsəvvür əldə ediblər, yerli müşahidəçilər və digər missiyaların beynəlxalq müşahidəçiləri ilə əlaqə saxlayıblar.
Onun sözlərinə görə, MDB-dən olan müşahidəçilər missiyası seçkiqabağı prosesin keçirilməsinə cavabdeh olan bütün strukturlarla sıx əlaqə saxlayıb.
"MDB missiyası müşahidə zamanı seçkilərin nəticələrinə təsir edən hər hansı pozuntu müşahidə etməyib. Hər şey açıq şəkildə təşkil olunub, hərtərəfli hazırlıq hiss olunurdu. Biz seçkilərin hazırlığı və keçirilməsini müsbət qiymətləndiririk", - MDB-nin baş katibi vurğulayıb.