Əbədi qardaşlıq: "Qarabağ" - "Qalatasaray" matçının parlaq anları
Əbədi qardaşlıq: "Qarabağ" - "Qalatasaray" matçının parlaq anları
Sputnik Azərbaycan
Azərbaycan çempionu və Türkiyə qrandı Bakıda yoldaşlıq oyunu keçirib. Biletlərin satışından əldə edilən bütün vəsait Türkiyədəki zəlzələdən zərər çəkənlərə... 27.03.2023, Sputnik Azərbaycan
Bakıda keçirilən AVRO 2020 matçlarının göstəricilərini üstələyən rekord sayda bilet satışı inanılmaz ab-hava və... davamı materialımızda. Bu bazar günü, martın 26-da Azərbaycanın paytaxtındakı Bakı Olimpiya Stadionunda (BOS) keçirilən Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" komandaları arasında keçirilmiş yoldaşlıq xeyriyyə oyununun nəticəsidir. Biletlərin satışından əldə edilən bütün vəsait Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə yardıma yönələcək. Biletlərin qiyməti tribunalarda yerləşdiyi yerdən asılı olaraq üç manatdan yüz manata qədər dəyişib. Ümumilikdə 61,2 min bilet satılıb, BOS-un tutumu isə təxminən 68 min nəfərdir. Bu göstərici ölkənin əsas arenası üçün rekorddur. Hətta Türkiyə millisinin iştirakı ilə keçirilən AVRO-2020 matçlarında belə stadion bu qədər tamaşaçı toplamayıb. Matçda "Qalatasaray" 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesab artıq dördüncü dəqiqədə açılıb - qonaqların heyətində Qomis fərqlənib. 19-cu dəqiqədə "Qarabağ"ın albaniyalı hücumçusu Cica cavab qolunu vurub. 87-ci dəqiqədə penaltini uğurla yerinə yetirən İkardi görüşdə son nöqtəni qoyub. Oyunun sonunda klubların İstanbulda keçiriləcək ikinci yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı razılığa gəldiyi məlum olub. Bundan başqa, komandaların nümayəndələri İstanbul klubunu maraqlandıran azərbaycanlı futbolçu Tural Bayramovun mümkün transferi ilə bağlı ilkin danışıqlar aparıblar.
Azərbaycan çempionu və Türkiyə qrandı Bakıda yoldaşlıq oyunu keçirib. Biletlərin satışından əldə edilən bütün vəsait Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardıma yönələcək.
Bakıda keçirilən AVRO 2020 matçlarının göstəricilərini üstələyən rekord sayda bilet satışı inanılmaz ab-hava və... davamı materialımızda.
Bu bazar günü, martın 26-da Azərbaycanın paytaxtındakı Bakı Olimpiya Stadionunda (BOS) keçirilən Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" komandaları arasında keçirilmiş yoldaşlıq xeyriyyə oyununun nəticəsidir.
Biletlərin satışından əldə edilən bütün vəsait Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə yardıma yönələcək.
Biletlərin qiyməti tribunalarda yerləşdiyi yerdən asılı olaraq üç manatdan yüz manata qədər dəyişib. Ümumilikdə 61,2 min bilet satılıb, BOS-un tutumu isə təxminən 68 min nəfərdir. Bu göstərici ölkənin əsas arenası üçün rekorddur. Hətta Türkiyə millisinin iştirakı ilə keçirilən AVRO-2020 matçlarında belə stadion bu qədər tamaşaçı toplamayıb.
Matçda "Qalatasaray" 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesab artıq dördüncü dəqiqədə açılıb - qonaqların heyətində Qomis fərqlənib.
19-cu dəqiqədə "Qarabağ"ın albaniyalı hücumçusu Cica cavab qolunu vurub. 87-ci dəqiqədə penaltini uğurla yerinə yetirən İkardi görüşdə son nöqtəni qoyub.
Oyunun sonunda klubların İstanbulda keçiriləcək ikinci yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı razılığa gəldiyi məlum olub. Bundan başqa, komandaların nümayəndələri İstanbul klubunu maraqlandıran azərbaycanlı futbolçu Tural Bayramovun mümkün transferi ilə bağlı ilkin danışıqlar aparıblar.