CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə veriləcək

© BRUCE BENNETT / Getty Images via AFPAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
BAKI, 27 mart - Sputnik. Sabahdan bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla sabah saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə veriləcək.
Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan, 1920, 27.03.2023
SƏHİYYƏ
COVID-19 pasportu tələbi ləğv edilib
Xəbər lenti
0