DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Konqresində dolların taleyi ilə bağlı narahatlıq bildirilib

© AFP 2024 / OZAN KOSEDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Konqresin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Grin bildirib ki, əgər dollar çökərsə, o zaman ABŞ xalqı görünməmiş maliyyə çətinlikləri yaşayacaq.
BAKI, 27 mart — Sputnik. Ukraynadakı münaqişə Amerika iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb ola bilər.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Grin bildirib.
O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin başqa ölkələrlə hesablaşmalarda dollardan çox Çin yuanından istifadə etməyi təklif edib.
Qrin sosial şəbəkələrdə yazıb: "Əgər dollar çökərsə, o zaman ABŞ xalqı görünməmiş maliyyə çətinlikləri yaşayacaq. Bütün bunların səbəbkarı isə Ukrayna böhranının müəllifləri olan Amerika hərbçiləridir".
Xatırladaq ki, bir müddət əvvəl iqtisadçı ekspert Marsel Salixov ABŞ-da son bir ayda üç bankın bir anda müflis olmasına diqqət çəkib. Onun fikrincə, bu tendensiya gələcəkdə də davam edə bilər.
Xəbər lenti
0