https://sputnik.az/20230326/turkmenistanda-parlament-seckisi-basa-catib-her-hansi-qanun-pozuntusu-qeyde-alinmayib-453028046.html
Türkmənistanda parlament seçkisi başa çatıb, hər hansı qanun pozuntusu qeydə alınmayıb
Türkmənistanda parlament seçkisi başa çatıb, hər hansı qanun pozuntusu qeydə alınmayıb
Sputnik Azərbaycan
Əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb. 26.03.2023, Sputnik Azərbaycan
2023-03-26T18:39+0400
2023-03-26T18:39+0400
2023-03-26T18:39+0400
dünya xəbərləri
türkmənistan
parlament seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440104456_0:159:3077:1890_1920x0_80_0_0_56d705bd6d1d284c444e78b12b976581.jpg
BAKI, 26 mart - Sputnik. Bazar günü saat 19:00-da Türkmənistanda VII çağırış Milli Məclisin (parlament) deputatlarının, habelə vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarəetmə orqanlarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikadakı 2602 seçki məntəqəsi yerli vaxtla səhər saat 07:00-dan 19:00-a qədər açıq olub. Əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası - Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları iştirak edib.Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.***Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Türkmənistan Məclisinə (parlament) deputat seçkilərində müşahidəçilər missiyası qanun pozuntusu qeydə almayıb.Bu barədə jurnalistlərə Rusiya Federasiyasının senatoru, ŞƏT missiyasının beynəlxalq müşahidəçisi Nikolay Vladimirov məlumat verib.“Biz bir neçə seçki məntəqəsində olduq, baxdıq, seçicilərlə söhbət etdik. “Təzyiq varmı, kimsə kimə səs verəcəyi barədə göstəriş alıbmı” - belə hallar öz təsdiqini tapmadı. Missiyamız pozuntular aşkar etməyib” – deyə Vladimirov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440104456_173:0:2904:2048_1920x0_80_0_0_c7463658ba7aed3c80725de9fe76dd7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkmənistan, parlament seçkiləri
türkmənistan, parlament seçkiləri
Türkmənistanda parlament seçkisi başa çatıb, hər hansı qanun pozuntusu qeydə alınmayıb
Əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.
BAKI, 26 mart - Sputnik. Bazar günü saat 19:00-da Türkmənistanda VII çağırış Milli Məclisin (parlament) deputatlarının, habelə vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarəetmə orqanlarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.
Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikadakı 2602 seçki məntəqəsi yerli vaxtla səhər saat 07:00-dan 19:00-a qədər açıq olub. Əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.
Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası - Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları iştirak edib.
Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Türkmənistan Məclisinə (parlament) deputat seçkilərində müşahidəçilər missiyası qanun pozuntusu qeydə almayıb.
Bu barədə jurnalistlərə Rusiya Federasiyasının senatoru, ŞƏT missiyasının beynəlxalq müşahidəçisi Nikolay Vladimirov məlumat verib.
“Biz bir neçə seçki məntəqəsində olduq, baxdıq, seçicilərlə söhbət etdik. “Təzyiq varmı, kimsə kimə səs verəcəyi barədə göstəriş alıbmı” - belə hallar öz təsdiqini tapmadı. Missiyamız pozuntular aşkar etməyib” – deyə Vladimirov bildirib.