https://sputnik.az/20230326/kinci-soyuq-muharibe-birinciden-daha-tehlukeli-olacaq---kissincer-453023646.html
İkinci soyuq müharibə birincidən daha təhlükəli olacaq - Kissincer
İkinci soyuq müharibə birincidən daha təhlükəli olacaq - Kissincer
Sputnik Azərbaycan
Keçmiş dövlət katibi qeyd edib ki, Çin və ABŞ arasında yeni soyuq müharibə başlaya bilər. 26.03.2023, Sputnik Azərbaycan
2023-03-26T16:21+0400
2023-03-26T16:21+0400
2023-03-26T16:21+0400
dünya xəbərləri
henri kissincer
"soyuq müharibə"
"soyuq müharibə"
çin
abş
https://cdnn1.img.sputnik.az/img/40824/44/408244489_0:0:2873:1617_1920x0_80_0_0_dc2d653fedc33011d40176ae71e858f1.jpg
BAKI, 26 mart - Sputnik. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli olacaq. Kissincer İspaniyanın “Mundo” qəzetinə müsahibəsində ikinci soyuq müharibənin birincidən daha təhlükəli olub-olmayacağı sualına “Bəli” deyib. Keçmiş dövlət katibi qeyd edib ki, Çin və ABŞ arasında yeni soyuq müharibə başlaya bilər. Kissincer hesab edir ki, hər iki ölkənin müqayisə edilə bilən iqtisadi resursları var, birinci soyuq müharibə zamanı belə deyildi. Onun fikrincə, Pekin və Vaşinqton indi düşməndirlər və “ÇXR qərbləşənə qədər gözləmək olmaz”.Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi Kissincerlə görüşündə Çin və ABŞ arasında “yeni soyuq müharibə”nin başlamasının bütün dünya üçün fəlakət olacağını bildirmişdi. O, vurğulayıb ki, “Vaşinqton Çinə qarşı rasional və praqmatik siyasətə qayıtmalı, üç Çin-ABŞ kommünikesinə əməl etmək kimi düzgün yola qayıtmalı və Çin-ABŞ münasibətlərinin siyasi əsasını saxlamalıdır”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40824/44/408244489_140:0:2871:2048_1920x0_80_0_0_b8564c37e7d4335982a71ce8b50e28e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
henri kissincer, "soyuq müharibə", "soyuq müharibə", çin, abş
henri kissincer, "soyuq müharibə", "soyuq müharibə", çin, abş
İkinci soyuq müharibə birincidən daha təhlükəli olacaq - Kissincer
Keçmiş dövlət katibi qeyd edib ki, Çin və ABŞ arasında yeni soyuq müharibə başlaya bilər.
BAKI, 26 mart - Sputnik. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli olacaq.
Kissincer İspaniyanın “Mundo” qəzetinə müsahibəsində ikinci soyuq müharibənin birincidən daha təhlükəli olub-olmayacağı sualına “Bəli” deyib.
Keçmiş dövlət katibi qeyd edib ki, Çin və ABŞ arasında yeni soyuq müharibə başlaya bilər. Kissincer hesab edir ki, hər iki ölkənin müqayisə edilə bilən iqtisadi resursları var, birinci soyuq müharibə zamanı belə deyildi. Onun fikrincə, Pekin və Vaşinqton indi düşməndirlər və “ÇXR qərbləşənə qədər gözləmək olmaz”.
Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi Kissincerlə görüşündə Çin və ABŞ arasında “yeni soyuq müharibə”nin başlamasının bütün dünya üçün fəlakət olacağını bildirmişdi. O, vurğulayıb ki, “Vaşinqton Çinə qarşı rasional və praqmatik siyasətə qayıtmalı, üç Çin-ABŞ kommünikesinə əməl etmək kimi düzgün yola qayıtmalı və Çin-ABŞ münasibətlərinin siyasi əsasını saxlamalıdır”.