Ürəyin ən böyük düşmənlərindən biri stresdir - Kardioloq
Abunə olmaq
Ürək sağlamlığının qızıl qaydası budur: zərərli vərdişlərdən uzaq olmaq, düzgün qidalanma, fiziki fəallıq.
BAKI, 25 mart - Sputnik. Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin son zamanlar gənc nəsil də ürək xəstəliklərindən daha çox əziyyət çəkir və bu da həmin xəstəliyin – gəncləşdiyini göstərir.
Həkim-kardioloq Fərid Əliyevin sözlərinə görə, ürək sağlamlığını qorumaq üçün siqaret çəkməkdən imtina etmək, sağlam qidalanmaq, transyağlardan uzaq olmaq, risk faktorlarını nəzarətdə saxlamaq lazımdır.
"Bunlarla yanaşı daim fiziki hərəkətlər etmək, təmiz hava udmaq da ürək sağlamlığında əhəmiyyətli rol oynayır. Lakin yalnız hərəkət etməklə həmin xəstəliklərin qarşısını almaq olmaz. Bunların hamısına əməl etmək sayəsində ciddi və yaxşı nəticə əldə etmək olar”.
Həkim bildirir ki, ürək olduqca həssas orqandır. Həmin orqandan doğan xəstəliklər adətən bədəndə gizli formada irəliləyir. Lakin bir neçə əlamətlə də özünü büruzə verə bilir:
© Sputnik / Nigar MaharramliAzərbaycan Tibb universitetinin Tədris Cərrahiyyə Klinikasının ürək kateterizasiyası və angioqrfiya laboratoriyasında, arxiv şəkli
Azərbaycan Tibb universitetinin Tədris Cərrahiyyə Klinikasının ürək kateterizasiyası və angioqrfiya laboratoriyasında, arxiv şəkli
© Sputnik / Nigar Maharramli
“Əlamətlərdən biri sinənin ortasında basqı, yanam və ağırlıq hissidir və hər bir xəstədə fərqli formada müşahidə edilə bilər. Əksər hallarda həmin ağrı 15-20 dəqiqədən çox davam edərsə, bu, infarktın əlaməti sayıla bilər. Xəstəliyin coğrafiyasına fikir versək, nisbətən sakit bölgələrdə ona daha az rast gəlinir. Böyük şəhər və meqapolislərdə daha çox rast gəlinir”, - deyə həkim-kardioloq bildirib.
Mütəxəssis həmçinin qeyd edir ki, stres ürəyin ən böyük düşmənlərindən biridir. Mümkün qədər həmin situasiyalardan uzaq olmaq lazımdır. Bundan əlavə fiziki hərəkətlərin sistematik olaraq həyata keçirilməsi ürək sağlamlığını qoruyur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.