https://sputnik.az/20230325/serhedi-pozan-5-pakistanli-saxlanilib-452999943.html
Sərhədi pozan 5 pakistanlı saxlanılıb
Sərhədi pozan 5 pakistanlı saxlanılıb
Sputnik Azərbaycan
Sərhəd pozucularının niyyəti Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək olub. 25.03.2023, Sputnik Azərbaycan
2023-03-25T11:12+0400
2023-03-25T11:12+0400
2023-03-25T11:12+0400
cəmiyyət
azərbaycan
pakistan
sərhəd pozucusu
şəmkir
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513430_0:0:3073:1728_1920x0_80_0_0_d40e1dd2b10d349d19989d8e14aade48.jpg
BAKI, 25 mart - Sputnik. Mart ayının 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 nəfər Pakistan vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513430_57:0:2788:2048_1920x0_80_0_0_1845ab35133fcb39f0336c271752f838.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, pakistan, sərhəd pozucusu, şəmkir
azərbaycan, pakistan, sərhəd pozucusu, şəmkir
Sərhədi pozan 5 pakistanlı saxlanılıb
Sərhəd pozucularının niyyəti Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək olub.
BAKI, 25 mart - Sputnik. Mart ayının 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 nəfər Pakistan vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.