https://sputnik.az/20230325/randaki-azerbaycanlilarin-ana-dilinde-tehsil-almasi-meselesi-bmt-de-qaldirildi-453001920.html
İrandakı azərbaycanlıların ana dilində təhsil alması məsələsi BMT-də qaldırıldı
İrandakı azərbaycanlıların ana dilində təhsil alması məsələsi BMT-də qaldırıldı
Sputnik Azərbaycan
İran və Ermənistandakı dözümsüzlük halları qurumun sessiyasında sərt tənqid olunub. 25.03.2023, Sputnik Azərbaycan
2023-03-25T13:02+0400
2023-03-25T13:02+0400
2023-03-25T13:02+0400
azərbaycan xəbərləri
iran
ermənistan
azərbaycanlı
məktəb
dil
https://cdnn1.img.sputnik.az/img/07e7/03/19/453001745_0:111:922:630_1920x0_80_0_0_b1ea1485fc485a18abf584441f9fa4ef.jpg
BAKI, 25 mart - Sputnik. İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası davam edir. Azərtac-ın xəbərinə görə, tədbirdə iştirak edən hüquq müdafiəçisi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin eksperti Azər Həsrət həftəsonu toplantısında İranda azərbaycanlıların hüquqları və Ermənistanın etnik təmizləmə siyasəti haqqında danışıb.Təəssüflə bildirilib ki, İran rəsmən İslam dövləti olsa da, dindən fars olmayan millətləri sıxışdırmaq üçün bəhanə kimi istifadə edir:Diqqətə çatdırılıb ki, telekanallar da daxil olmaqla, İran mediası üçün ölkədə türk dilində danışan bütün insanlarını təhqir etmək adi haldır. İranın Azərbaycan türklərinin çoxluq təşkil etdikləri əyalətlərində iqtisadi vəziyyət ölkənin digər bölgələri ilə müqayisədə olduqca pisdir.Qeyd olunub ki, hətta təbii fəlakət zamanı da İranın öz əhalisinə biganə yanaşıb.Sonda vurğulanıb ki, İran kimi, Ermənistan da başqa millətlərə qeyri-tolerant münasibət bəsləyir, azlıqların insan haqlarına biganə yanaşma nümayiş etdirir. 1988-ci ildə və ondan sonra təqribən 230 min azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb. Beləliklə, Ermənistan dünyanın azsaylı monoetnik ölkələrindən birinə çevrilib.Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası fevralın 27-də başlayıb və aprelin 4-də başa çatacaq. Sessiyada dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətlərinin təmsilçiləri də iştirak edilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/19/453001745_82:0:922:630_1920x0_80_0_0_f84385e135e901a87189c302cf0c4597.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, ermənistan, azərbaycanlı, məktəb, dil
iran, ermənistan, azərbaycanlı, məktəb, dil
İrandakı azərbaycanlıların ana dilində təhsil alması məsələsi BMT-də qaldırıldı
İran və Ermənistandakı dözümsüzlük halları qurumun sessiyasında sərt tənqid olunub.
BAKI, 25 mart - Sputnik. İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası davam edir. Azərtac-ın xəbərinə görə, tədbirdə iştirak edən hüquq müdafiəçisi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin eksperti Azər Həsrət həftəsonu toplantısında İranda azərbaycanlıların hüquqları və Ermənistanın etnik təmizləmə siyasəti haqqında danışıb.
Təəssüflə bildirilib ki, İran rəsmən İslam dövləti olsa da, dindən fars olmayan millətləri sıxışdırmaq üçün bəhanə kimi istifadə edir:
"Bəzi hesablamalara görə, İranda təqribən 30-40 milyon Azərbaycan türkü yaşayır. Lakin onların hələ də ana dilindən istifadə hüququ yoxdur. İran bu “azlıq” üçün türk dilində məktəb təşkil etmək məsələsində “sinifdə qalıb”. Daha dəhşətlisi isə odur ki, məktəb yaşına çatmış uşaqlar fars dilini bilməzsə, təhsil almaq üçün qeydiyyatdan keçə bilməzlər".
Diqqətə çatdırılıb ki, telekanallar da daxil olmaqla, İran mediası üçün ölkədə türk dilində danışan bütün insanlarını təhqir etmək adi haldır. İranın Azərbaycan türklərinin çoxluq təşkil etdikləri əyalətlərində iqtisadi vəziyyət ölkənin digər bölgələri ilə müqayisədə olduqca pisdir.
Qeyd olunub ki, hətta təbii fəlakət zamanı da İranın öz əhalisinə biganə yanaşıb.
"Belə ki, bu il yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələ zamanı İran hökuməti digər insanların oranın əhalisinə yardım etmələrini əngəlləyib. Hökumətin özü də ehtiyac içərisində olan insanlara yardım məsələsinə biganə qalıb".
Sonda vurğulanıb ki, İran kimi, Ermənistan da başqa millətlərə qeyri-tolerant münasibət bəsləyir, azlıqların insan haqlarına biganə yanaşma nümayiş etdirir. 1988-ci ildə və ondan sonra təqribən 230 min azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb. Beləliklə, Ermənistan dünyanın azsaylı monoetnik ölkələrindən birinə çevrilib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası fevralın 27-də başlayıb və aprelin 4-də başa çatacaq. Sessiyada dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətlərinin təmsilçiləri də iştirak edilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.