Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Qol güləşi üzrə ümumrespublika turniri keçiriləcək

© AP Photo / David GoldmanQol güləşi
Qol güləşi - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
On üç çəki dərəcəsi üzrə sol və sağ qollar üzrə təşkil olunacaq turnirdə şagird və tələbələrin də çıxışı nəzərdə tutulur.
BAKI, 25 mart - Sputnik. Aprelin 29-30-da Bakı Gənclər Evində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” devizi altında qol güləşi üzrə ümumrespublika turniri keçiriləcək.
Azərbaycan Qol Güləşi Federasiyasından verilən xəbərə görə, Almaniyanın idman qidaları istehsalçısı “İronMaxx”ın dəstəyi ilə keçiriləcək yarışda paytaxt ilə yanaşı, bölgələrdən də peşəkar və həvəskar idmançılar iştirak edəcəklər.
Turnirdə şagird və tələbələrin də çıxışı nəzərdə tutulur. Ümumrespublika turniri 13 çəki dərəcəsi üzrə sol və sağ qollar üzrə təşkil olunacaq.
Fiziki imkanları məhdud idmançılar və qazilər xüsusi təsnifatda üç çəki dərəcəsi üzrə güclərini sınayacaqlar.
Qaliblərə Azərbaycan Qol Güləşi Federasiyası tərəfindən diplomlar, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə xüsusi hazırlanmış medallar təqdim olunacaq. Həmçinin qaliblər “İronMaxx Azərbaycan” şirkəti tərəfindən pul mükafatı və idman qida əlavələri ilə mükafatlandırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0