Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlin ilk iki ayında ölkəyə 1900 tona qədər süd və qaymaq idxal olunub

© Sputnik / Murad OrujovKərə yağı satışı, arxiv şəkli
Kərə yağı satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı azalıb.
BAKI, 25 mart - Sputnik. Bu ilin ilk iki ayında 1762 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 10,4 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə dəyəri 14,7 milyon dollar olmaqla, 2726 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Bundan başqa, yanvar-fevral aylarında ölkəyə 4,2 milyon dollar dəyərində 1890 ton süd və qaymaq idxal olunub.
Ötən ilin eyni dövründə dəyəri 2,9 milyon dollar olmaqla, 2060 ton süd idxal edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0