Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Dövlətimizin başçısı Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığın genişlənməsi istiqamətində bundan sonra da birgə səylərin göstəriləcəyinə inam ifadə edib.
BAKI, 25 mart - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının milli bayramı münasibətilə Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya təbrik ünvanlayıb.
Təbrikdə deyilir:

"Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm".

Daha sonra dövlətimizin başçısı xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylərin göstəriləcəyinə inamını ifadə edib.
"Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0