Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu il Azərbaycandan nə qədər polietilen ixrac olunub - Rəqəmlər

© Sputnik / Алексей СухоруковDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Sumqayıt Kimya Sənaye Parkındakı “SOCAR Polymer” yüksəksıxlıqlı polietilen zavodunun istehsal gücü gündəlik 330 tondur.
BAKI, 25 mart - Sputnik. Yanvar-fevral aylarında Azərbaycandan 24,4 min ton polietilen ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 25,4 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında 32,7 milyon dollarlıq 23,6 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib.
Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0