Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Stiven Siqalın oğlu Rusiya pasportu alıb

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidAmerikalı aktyor və prodüser Stiven Siqal
Amerikalı aktyor və prodüser Stiven Siqal - Sputnik Azərbaycan, 1920, 24.03.2023
Abunə olmaq
Stiven Siqal və onun oğlu Moskvada alkoqolsuz sərinləşdirici içkilərin paylanması ilə məşğul olacaq “Beş element” adlı şirkəti qeydiyyatdan keçiriblər.
BAKI, 24 mart - Sputnik. Hollivud ulduzu Stiven Siqalın 33 yaşlı oğlu Dominik də atası kimi Rusiya vətəndaşı olub. Bu barədə aif.ru Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarına istinadən xəbər verir.
Əvvəllər məşhur aktyorun ailə üzvlərindən kiminsə yeni vətəndaşlıq alması haqqında məlumat yox idi. Lakin 2023-cü ilin martında mətbuatda Dominikin rusiyalı model, “Rusiya Gözəli 2015” müsabiqəsinin qalibi Ayrin Danilova ilə görüşdüyü barədə məlumatlar yayılıb.
Həmçinin bu həftə Stiven Siqal və onun oğlu Rusiya paytaxtında əsas fəaliyyət sahəsi alkoqolsuz sərinləşdirici içkilərin paylanması olacaq “Beş element” adlı şirkəti qeydiyyatdan keçirib.
Xatırladaq ki, bundan əvvəl 7 il əvvəl Rusiya Federasiyası vətəndaşının pasportunu alan amerikalı aktyor və kino prodüseri Stiven Siqal Rusiya vətəndaşlığından heç vaxt imtina etməyəcəyini bildirmişdi.
Xəbər lenti
0