SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Misir Prezidenti İlham Əliyevə zəng edib

© Official website of President of Azerbaijan RepublicMisir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan, 1920, 24.03.2023
Abunə olmaq
Dövlətimizin başçısı da Azərbaycanın Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.
BAKI, 24 mart - Sputnik. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb.
Telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti də öz növbəsində Əbdülfəttah Əs-Sisini və Misir xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Dövlətimizin başçısı da Azərbaycanın Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.
Xəbər lenti
0