SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir

© Photo : AZƏRTACBirinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov
Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov - Sputnik Azərbaycan, 1920, 24.03.2023
Abunə olmaq
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Vatikanın “FarodiRoma” xəbər portalına müsahibəsində deyib ki, Azərbaycan ilə Ermənistan düşmənçilik və qarşıdurma səhifəsini bağlayaraq yenidən mehriban qonşulara çevrilməlidir.
BAKI, 24 mart - Sputnik. Ermənistan başa düşməlidir ki, sülhün alternativi yoxdur və Azərbaycan ilə Ermənistan düşmənçilik və qarşıdurma səhifəsini bağlayaraq yenidən mehriban qonşulara çevrilməlidir.
Bu sözləri Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Vatikanın “FarodiRoma” xəbər portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan dörd aydan çoxdur ki, Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülh prosesini əngəlləyir.
“Atəşkəs sazişinin bağlanmasından iki il sonra Ermənistan 10 min nəfərə yaxın silahlısını Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaqdan imtina edərək, sazişin müddəalarını kobud şəkildə pozmaqda davam edir. Bundan başqa, Ermənistan Azərbaycanın suveren ərazisində qeyri-qanuni hərbi mövcudluğunun daha da gücləndirmək üçün Laçın yolundan silahların, piyada əleyhinə minalar və hərbi qulluqçuların qanunsuz daşınması məqsədilə istifadə edir. Bütün bunlar regiondakı mövcud vəziyyəti çox təhlükəli edir. Odur ki, Ermənistan revanşist mövqedən çəkinməli və Azərbaycanla danışıqlar masasına qayıtmalıdır”, - o bildirib.
Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığı şərh edən E.Əmirbəyov qeyd edib ki, Azərbaycan bundan Müqəddəs Taxt-Tac ilə qarşılıqlı əlaqələri bütün mümkün yollarla genişləndirməyə və zənginləşdirməyə çalışır.
“Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir və hər iki sivilizasiyanın dəyərlərini bölüşür. Ölkəmiz özünün əsas geostrateji mövqeyindən istifadə edərək müxtəlif mədəniyyətlər və dinlər arasında mədəniyyətlərarası körpü rolunu oynayır”, - Birinci vitse-prezidentinin köməkçisi söyləyib.
O həmçinin qeyd edib ki, Azərbaycanın Avrasiyada strateji iqtisadi mərkəz kimi rolu son vaxtlar dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə ilə daha da güclənib.
“Bundan əlavə, Şərqlə Qərbin kəsişməsindəki həlledici geostrateji yerləşmə Azərbaycanı mədəniyyətlərarası və dinlərarası dialoq üçün təbii beynəlxalq platformaya çevirib”, - E.Əmirbəyov vurğulayıb.
O xatırladıb ki, rəsmi Bakı artıq iyirmi ilə yaxındır mütəmadi olaraq müxtəlif ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra beynəlxalq forumlar, sammitlər və konfranslar keçirir.
Xəbər lenti
0