https://sputnik.az/20230324/azerbaycanda-en-yuksek-ve-en-asagi-maas-olan-rayon-ve-seherler---nfoqrafka-452617113.html
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayon və şəhərlər - İNFOQRAFİKA
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayon və şəhərlər - İNFOQRAFİKA
Sputnik Azərbaycan
Ölkədə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı kəskin artıb. Qarabağ iqtisadi rayonu üzrə ötən il orta aylıq əməkhaqqı 537,2 manat təşkil edib. Məsələn... 24.03.2023, Sputnik Azərbaycan
2023-03-24T09:31+0400
2023-03-24T09:31+0400
2023-03-24T09:31+0400
maaş
iqtisadiyyat
rayon
şəhər
füzuli rayonu
ağdam rayonu
bakı şəhəri
qax rayonu
cəbrayıl rayonu
əmək haqqı
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 24 mart — Sputnik. Keçən il Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat olub. Muzdla çalışan işçilərin sayı 2021-ci illə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1 milyon 733,9 min nəfər təşkil edib. Bəs maraqlıdır, ötən il ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı hansı rayon və şəhərlərdə qeydə alınıb? Ən yüksək əməkhaqqı Bakıdadır Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ən yüksək orta aylıq nominal əməkhaqqı Bakı şəhərində qeydə alınıb. Belə ki, paytaxta bu göstərici 1079,8 manat təşkil edib. İkinci ən çox orta aylıq nominal əməkhaqqı Daşkəsən rayonunda olub - 954,9 manat. Üçüncü yerdə isə 737,2 manat olmaqla Gədəbəy rayonu qərarlaşıb. Ən yüksək orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yerdə 733,4 manat olmaqla Sumqayıt şəhəri, beşinci yerdə isə 712,7 manat olmaqla Şuşadır. Ən aşağı maaş isə Qaxdadır Ölkə üzrə ən aşağı orta aylıq nominal əməkhaqqı Qax rayonunda qeydə alınıb. Belə ki, rayonda bu göstərici 451,5 manat olub. İkinci ən aşağı orta aylıq nominal əməkhaqqı Balakən rayonunda qeydə alınıb - 480,3 manat. Üçüncü yerdə isə 480,4 manat olmaqla Zaqatala rayonu qərarlaşıb. Ən aşağı orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yer 488,3 manat olmaqla Xızı rayonu, beşinci yer isə 497,6 manat olmaqla Beyləqan rayonudur. Onu da qeyd edək ki, Qarabağ iqtisadi rayonu üzrə isə ötən il orta aylıq nominal əməkhaqqı 537,2 manat təşkil edib. Məsələn, Füzulidə bu göstərici 525,1 manat, Tərtərdə 513,4 manat, Ağdamda 530,4 manat olub. Cəbrayılda əməkhaqqı 608,6 manat olub Şərqi Zəngəzur iqtisadi rayonu üzrə orta aylıq nominal əməkhaqqı 582,8 manat olub. Bu göstərici Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda 608,6 manat, Kəlbəcər rayonunda 572,4 manat, Qubadlı rayonunda 678,7 manat, Laçın rayonunda 529,8 manat, Zəngilan rayonunda 639,6 manat qeydə alınıb. İqtisadiyyatda işləyənlərin sayı Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2021-ci illə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,3 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
https://sputnik.az/20230208/azerbaycanda-minimum-maas-yasayis-minimumu-mebleginden-40-faiz-yuksekdir-451541504.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
maaş, rayon, şəhər, füzuli rayonu, ağdam rayonu, bakı şəhəri, qax rayonu, cəbrayıl rayonu, əmək haqqı, minimum əmək haqqı, əməkhaqqı, aylıq minimum əməkhaqqı
maaş, rayon, şəhər, füzuli rayonu, ağdam rayonu, bakı şəhəri, qax rayonu, cəbrayıl rayonu, əmək haqqı, minimum əmək haqqı, əməkhaqqı, aylıq minimum əməkhaqqı
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayon və şəhərlər - İNFOQRAFİKA
Ölkədə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı kəskin artıb. Qarabağ iqtisadi rayonu üzrə ötən il orta aylıq əməkhaqqı 537,2 manat təşkil edib. Məsələn, Füzulidə bu göstərici 525,1 manat, Tərtərdə 513,4 manat, Ağdamda 530,4 manat olub.
BAKI, 24 mart — Sputnik. Keçən il Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat olub. Muzdla çalışan işçilərin sayı 2021-ci illə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1 milyon 733,9 min nəfər təşkil edib.
Bəs maraqlıdır, ötən il ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı hansı rayon və şəhərlərdə qeydə alınıb?
Ən yüksək əməkhaqqı Bakıdadır
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ən yüksək orta aylıq nominal əməkhaqqı Bakı şəhərində qeydə alınıb. Belə ki, paytaxta bu göstərici 1079,8 manat təşkil edib. İkinci ən çox orta aylıq nominal əməkhaqqı Daşkəsən rayonunda olub - 954,9 manat. Üçüncü yerdə isə 737,2 manat olmaqla Gədəbəy rayonu qərarlaşıb.
Ən yüksək orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yerdə 733,4 manat olmaqla Sumqayıt şəhəri, beşinci yerdə isə 712,7 manat olmaqla Şuşadır.
Ən aşağı maaş isə Qaxdadır
Ölkə üzrə ən aşağı orta aylıq nominal əməkhaqqı Qax rayonunda qeydə alınıb. Belə ki, rayonda bu göstərici 451,5 manat olub. İkinci ən aşağı orta aylıq nominal əməkhaqqı Balakən rayonunda qeydə alınıb - 480,3 manat. Üçüncü yerdə isə 480,4 manat olmaqla Zaqatala rayonu qərarlaşıb.
Ən aşağı orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yer 488,3 manat olmaqla Xızı rayonu, beşinci yer isə 497,6 manat olmaqla Beyləqan rayonudur.
Onu da qeyd edək ki, Qarabağ iqtisadi rayonu üzrə isə ötən il orta aylıq nominal əməkhaqqı 537,2 manat təşkil edib. Məsələn, Füzulidə bu göstərici 525,1 manat, Tərtərdə 513,4 manat, Ağdamda 530,4 manat olub.
Cəbrayılda əməkhaqqı 608,6 manat olub
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə orta aylıq nominal əməkhaqqı 582,8 manat olub. Bu göstərici Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda 608,6 manat, Kəlbəcər rayonunda 572,4 manat, Qubadlı rayonunda 678,7 manat, Laçın rayonunda 529,8 manat, Zəngilan rayonunda 639,6 manat qeydə alınıb.
İqtisadiyyatda işləyənlərin sayı
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2021-ci illə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,3 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.