İran yaxın vaxtlarda 3+3 formatında görüşə ev sahibliyi etməyə hazırdır - KİV

© AFP 2024Tehrandakı Azadi meydanı, arxiv şəkli
Tehrandakı Azadi meydanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.03.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, “Qərb yeni formalaşmağa başlayan bu strukturu sarsıtmaq üçün artıq fəal şəkildə çalışır”.
BAKI, 23 mart - Sputnik. İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə ölkəsinin yaxın vaxtlarda 3+3 formatında xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Bu barədə RİA Novosti IRNA-ya istinadən xəbər yayıb.

"İran İslam Respublikası yaxın gələcəkdə 3+3 formatında (İran, Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya) xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etməyə hazırdır", - deyə Baqiri bildirib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, “Rusiya Ermənistanla birlikdə regionun digər ölkələri ilə 3+3 – üç Cənubi Qafqaz dövləti: Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç qonşusu - Rusiya, Türkiyə və İran formatını təşviq edir.
Onun sözlərinə görə, “Gürcüstan tərəfi hələ də bu formata qoşulmaq barədə düşünür, lakin ilk görüş baş tutub, Tbilisi üçün qapısı açıq qalır”, 3+3 formatında ikinci görüşün çağırılması istiqamətində iş aparılır. Lavrov onu da əlavə edib ki, “Qərb yeni formalaşmağa başlayan bu strukturu sarsıtmaq üçün artıq fəal şəkildə çalışır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0