https://sputnik.az/20230322/turkiyede-prezident-seckilerinde-erdoganin-esas-reqibi-belli-oldu-452950241.html
Türkiyədə prezident seçkilərində Ərdoğanın əsas rəqibi bəlli oldu
Türkiyədə prezident seçkilərində Ərdoğanın əsas rəqibi bəlli oldu
Sputnik Azərbaycan
Ekspertlərin fikrincə, 50 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərin nəticələri, eləcə də ağır iqtisadi vəziyyət səbəbindən hakim partiya üçün... 22.03.2023, Sputnik Azərbaycan
2023-03-22T17:14+0400
2023-03-22T17:14+0400
2023-03-22T17:14+0400
dünya xəbərləri
türkiyə
seçki
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450480370_0:0:2731:1537_1920x0_80_0_0_1c20dc575c61181f321f1fd642b8838d.jpg
BAKI, 22 mart - Sputnik. Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində müxalifətdə olan Xalq Alyansının vahid namizədi Kamal Kılıçdaroğlu rəsmən namizəd kimi irəli sürülüb. RİA Novosti-nin müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Ali Seçki Komissiyasına (ASK) müvafiq bəyanat göndərilib.Onu Cümhuriyyət Xalq Partiyasının (CHP) qrup sədr müavinləri və müxalifət blokunun nümayəndələri təhvil veriblər.Bundan əvvəl Türkiyə Ali Seçki Komissiyası yekdilliklə səsvermə yolu ilə mayın 14-ü prezident və parlament seçkilərinin tarixi kimi təsdiq edib, ikinci turun (zəruri olduqda) mayın 28-də keçirilməsi nəzərdə tutulub.Ekspertlərin fikrincə, 50 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərin nəticələri, eləcə də ağır iqtisadi vəziyyət səbəbindən qarşıdan gələn seçkilər hakim partiya üçün ən çətin seçki olacaq.Kamal Kılıçdaroğlu 1983-cü ilə qədər hesab mütəxəssisi olaraq çalışmış, daha sonra eyni il Gəlirlər Ümumi Müdirliyinə təyin edilib.Şöbə müdiri vəzifəsində çalışıb, sonra isə baş direktorun müavini vəzifəsinə təyin edilib. Bir müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində katib müavininin köməkçisi vəzifəsində çalışıb.1999-cu ildə Sosial Sığorta Fondunun baş direktoru vəzifəsindən könüllü olaraq təqaüdə çıxıb. Bir müddət Hacıtəpə Universitetində dərs deyib, Türkiyə İş Bankı İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.2002-ci il noyabrın 3-də İstanbuldan keçirilən seçkilərdə 22-ci çağırış Türkiyə Böyük Millət Məclisinə Cümhuriyyət Xalq Partiyasından millət vəkili seçilib.O, parlamentdə partiya qrupunun rəhbəri işləyib. 2010-cu il mayın 22-də bu partiyanın sədri seçilib, indi də bu vəzifədədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450480370_0:0:2731:2048_1920x0_80_0_0_6009b214b949958894e4d64e14d3d47a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, seçki
Türkiyədə prezident seçkilərində Ərdoğanın əsas rəqibi bəlli oldu
Ekspertlərin fikrincə, 50 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərin nəticələri, eləcə də ağır iqtisadi vəziyyət səbəbindən hakim partiya üçün ən çətini onlar olacaq.
BAKI, 22 mart - Sputnik. Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində müxalifətdə olan Xalq Alyansının vahid namizədi Kamal Kılıçdaroğlu rəsmən namizəd kimi irəli sürülüb. RİA Novosti-nin müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Ali Seçki Komissiyasına (ASK) müvafiq bəyanat göndərilib.
Onu Cümhuriyyət Xalq Partiyasının (CHP) qrup sədr müavinləri və müxalifət blokunun nümayəndələri təhvil veriblər.
Bundan əvvəl Türkiyə Ali Seçki Komissiyası yekdilliklə səsvermə yolu ilə mayın 14-ü prezident və parlament seçkilərinin tarixi kimi təsdiq edib, ikinci turun (zəruri olduqda) mayın 28-də keçirilməsi nəzərdə tutulub.
Ekspertlərin fikrincə, 50 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərin nəticələri, eləcə də ağır iqtisadi vəziyyət səbəbindən qarşıdan gələn seçkilər hakim partiya üçün ən çətin seçki olacaq.
Kamal Kılıçdaroğlu 1983-cü ilə qədər hesab mütəxəssisi olaraq çalışmış, daha sonra eyni il Gəlirlər Ümumi Müdirliyinə təyin edilib.
Şöbə müdiri vəzifəsində çalışıb, sonra isə baş direktorun müavini vəzifəsinə təyin edilib. Bir müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində katib müavininin köməkçisi vəzifəsində çalışıb.
1999-cu ildə Sosial Sığorta Fondunun baş direktoru vəzifəsindən könüllü olaraq təqaüdə çıxıb. Bir müddət Hacıtəpə Universitetində dərs deyib, Türkiyə İş Bankı İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
2002-ci il noyabrın 3-də İstanbuldan keçirilən seçkilərdə 22-ci çağırış Türkiyə Böyük Millət Məclisinə Cümhuriyyət Xalq Partiyasından millət vəkili seçilib.
O, parlamentdə partiya qrupunun rəhbəri işləyib. 2010-cu il mayın 22-də bu partiyanın sədri seçilib, indi də bu vəzifədədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.