CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah bəzi yerlərdə havanın temperaturu 22 dərəcəyə çatacaq - Proqnoz

© AP Photo / Darko VojinovicBakıda ot örtüyünü sulayan adam, arxiv şəkli
Bakıda ot örtüyünü sulayan adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 50-60 % olacaq.
BAKI, 22 mart - Sputnik. Martın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0