DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 4-ə çatıb - Səhiyyə Nazirliyi

© AP Photo / Ebrahim NorooziƏfqanıstan, arxiv şəkli
Əfqanıstan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Abunə olmaq
Yüksək dağlıq Bədəxşan vilayətinin İşkaşim şəhərindən təxminən 50 kilometr aralıda 6,5 ​​bal gücündə zəlzələ baş verib.
BAKI, 22 mart - Sputnik. Əfqanıstanın şimal-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4, yaralıların sayı 70-ə çatıb. Bu barədə RİA Novosti-yə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib.
Bundan əvvəl ölkənin Səhiyyə Nazirliyi zəlzələ nəticəsində iki nəfərin öldüyü, 20 nəfərin yaralandığı barədə məlumat vermişdi.
“70-ə yaxın insan yaralanıb, 4 nəfər ölüb”, - deyə Səhiyyə Nazirliyinin nümayəndəsi ​​bildirib.
Əfqanıstanda, Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayəti ilə sərhəddə yerləşən Yüksək dağlıq Bədəxşan vilayətinin İşkaşim şəhərindən təxminən 50 kilometr aralıda 6,5 ​​bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Hindistan, Pakistan və Mərkəzi Asiya ölkələrində də hiss olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0