https://sputnik.az/20230322/avstraliyada-yeni-horumcek-novune-efsanevi-pop-qrupun-adi-verilib-452955619.html
Avstraliyada yeni hörümçək növünə əfsanəvi pop-qrupun adı verilib
Avstraliyada yeni hörümçək növünə əfsanəvi pop-qrupun adı verilib
Sputnik Azərbaycan
Alimlər hesab edir ki, hazırda Avstraliyada yaşayan hörümçəklərin 80%-ə qədəri naməlum olaraq qalır. 22.03.2023, Sputnik Azərbaycan
2023-03-22T22:44+0400
2023-03-22T22:44+0400
2023-03-22T22:44+0400
dünya xəbərləri
avstraliya
hörümçək
https://cdnn1.img.sputnik.az/img/41777/47/417774785_0:117:1921:1197_1920x0_80_0_0_f898992dbd0743b1233f752633556a79.jpg
BAKI, 22 mart - Sputnik. Avstraliyanın Merdok Universitetinin tədqiqatçıları kürə hörümçəklərinin yeni növünü kəşf ediblər. MIR24 kanalı Evolutionary Systematics-ə istinadən xəbər verir ki, yeni hörümçək növü İsveçin əfsanəvi pop-qrupu olan "ABBA"nın şərəfinə adlandırılıb. Yeni cins Abba transversa adlı tək növdən ibarətdir. Bu hörümçəklərin ölçüsü kiçikdir: erkəklərin uzunluğu 3,0-3,5 mm, dişilərinin uzunluğu 4,0-4,5 mm-dir. Onların yaşayış yeri Yeni Cənubi Uels və Kvinslendin sahil zonasıdır.Tədqiqatçıların fikrincə, bu cinsin nümayəndələri kişilərdə qarının ortasında iki tünd ləkənin və ilk cüt ayaqda qalın tüklərin olması ilə həmkarlarından fərqlənir.Alimlər 15 ildir ki, müxtəlif növ hörümçəkləri tədqiq edir və bu müddət ərzində Avstraliya muzeylərindən və xarici kolleksiyalardan olan 12 min qeydi öyrəniblər.Onlar qeyd ediblər ki, hazırda Avstraliyada yaşayan hörümçəklərin 80%-ə qədəri naməlum olaraq qalır. Çoxları səhvən yad cins və növlərə aid edilir. Eyni zamanda, yeni qrupların təsviri ölkədə ekoloji tədbirlərin planlaşdırılması üçün son dərəcə vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41777/47/417774785_0:0:1701:1276_1920x0_80_0_0_717cea400ff5aed69e1f2229712feeb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avstraliya, hörümçək
Avstraliyada yeni hörümçək növünə əfsanəvi pop-qrupun adı verilib
Alimlər hesab edir ki, hazırda Avstraliyada yaşayan hörümçəklərin 80%-ə qədəri naməlum olaraq qalır.
BAKI, 22 mart - Sputnik. Avstraliyanın Merdok Universitetinin tədqiqatçıları kürə hörümçəklərinin yeni növünü kəşf ediblər. MIR24 kanalı Evolutionary Systematics-ə istinadən xəbər verir ki, yeni hörümçək növü İsveçin əfsanəvi pop-qrupu olan "ABBA"nın şərəfinə adlandırılıb.
Yeni cins Abba transversa adlı tək növdən ibarətdir. Bu hörümçəklərin ölçüsü kiçikdir: erkəklərin uzunluğu 3,0-3,5 mm, dişilərinin uzunluğu 4,0-4,5 mm-dir. Onların yaşayış yeri Yeni Cənubi Uels və Kvinslendin sahil zonasıdır.
Tədqiqatçıların fikrincə, bu cinsin nümayəndələri kişilərdə qarının ortasında iki tünd ləkənin və ilk cüt ayaqda qalın tüklərin olması ilə həmkarlarından fərqlənir.
Alimlər 15 ildir ki, müxtəlif növ hörümçəkləri tədqiq edir və bu müddət ərzində Avstraliya muzeylərindən və xarici kolleksiyalardan olan 12 min qeydi öyrəniblər.
Onlar qeyd ediblər ki, hazırda Avstraliyada yaşayan hörümçəklərin 80%-ə qədəri naməlum olaraq qalır. Çoxları səhvən yad cins və növlərə aid edilir. Eyni zamanda, yeni qrupların təsviri ölkədə ekoloji tədbirlərin planlaşdırılması üçün son dərəcə vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.