CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollarda sürət həddi azalacaq, cərimələrsə artacaq: Ekspertlər

© Sputnik / Murad OrujovBakıda avtomobil hərəkatı
Bakıda avtomobil hərəkatı - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Ərşad Hüseynov deyir ki, DYP və BNA belə qərarların daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə səbəb olmayacağına inandırmalıdır.
BAKI, 21 mart — Sputnik. Bakıda bəzi küçə və prospektlərdə sürət həddinin endiriləcək. Bakı Nəqliyyat Agnetliyinin (BNA) İdarə heyyətinin sədri Vüsal Kərimli Facebook sosial şəbəkə hesabında bu barədə məlumat yayaraq bildirib ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir.
"Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmışdır. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq. Sizin təhlükəsizliyiniz bizim məsuliyyətimizdir", - deyə V.Kərimli paylaşımında bildirib.
Sosial şəbəkə əhli narazıdır!
Rəsmi qurum paytaxtın bir sıra yollarında sürət həddinin endirilməsinin yol qəzalarının qarşısını almaq məqsədi daşıdığı bildirilsə də, bu qərar cəmiyyətdə birmənalı qarşılanmır. Sosial platformada yollarda sürət həddinin aşağı salınmasının tıxacı daha da artıracağı qənaətindədirlər. Həmçinin bildirilir ki, bu sürət həddinin aşılmasına görə, cərimələrin də artmasına gətirib çıxardacaq.
"Keçmişdə buraxdıqları səhvi indi düzəldirlər"
Hüquqşunas Ərşad Hüseynov deyir ki, Bakı şəhərinin və Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsidir. Onun sözlərinə görə, vaxtilə sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər olmamalıydı:
"Yaxud da bu səhv çoxdan aradan qaldırılmalıydı. Nəhayət ki, edildi. Amma iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün Dövlət proqramında nəzərdə tutulan xeyli digər işlər - yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və sair də öz həllimi tapmalıdır".
Cərimələr yox, yollarda təhlükəsizlik artırılmalıdır
Hüquqşunas deyir ki, ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır.
"Qərar qəbul edənlər, yəni DYP və BNA müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, piyada, sürücü, sərnişin üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət mühitinin yaradılmasına xidmət edəcək.
Sürət həddinin azaldılması tıxacı artıracaqmı?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən ilki araşdırmalara görə, Bakı şəhərindəki əksər qəzaların səbəbi yol hərəkəti qaydalarının bilərəkdən pozulmasıdır. Sürət həddinin pozulması da sürət həddinin bilərəkdən aşılmasına aiddir.
Ekspertin qənaətinə görə, Bakı şəhəri daxilində sürət həddinin azaldılması tıxaclara səbəb olmayacaq. Əksinə, qəzaların qarşısını alacaq.
E.Cəfərov deyir ki, şəhər daxilində sürət həddinin azaldılması həmçinin şəhərdə hərəkət edən piyadaların, hərəkət iştirakçılarının, mopedlərin, bütün fərdi nəqliyyat istifadəçilərinin hərəkətini təhlükəsiz edəcək.
"Şəhərlərdə tıxaclara səbəb olma, sürət həddinin azaldılması yox, sürət həddinin qeyri-stabil olmasıdır. Sürətin tez-tez dəyişməsi tıxaclara səbəb olur", - deyə ekspert vurğulayıb.
Bununla belə E.Cəfərov yollarda sürət həddi azaldıldıqdan sonra sürət həddinin aşılmasına görə cərimələrin də artacağını istisna etmədiyini bildirib.
Xəbər lenti
0