https://sputnik.az/20230321/stanbulda-evlerin-qiymeti-hendesi-silsile-ile-artmaga-baslayib-452927709.html
İstanbulda evlərin qiyməti həndəsi silsilə ilə artmağa başlayıb
İstanbulda evlərin qiyməti həndəsi silsilə ilə artmağa başlayıb
Sputnik Azərbaycan
Hesabat dövründə həmin şəhərdə bir kvadratmetr mənzilin orta dəyəri 1 361 ABŞ dollarına çatıb. 21.03.2023, Sputnik Azərbaycan
2023-03-21T16:25+0400
2023-03-21T16:25+0400
2023-03-21T18:31+0400
dünya xəbərləri
istanbul
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424938073_0:211:2893:1838_1920x0_80_0_0_9078a6650dbe13ee34307cb371ce24e8.jpg
BAKI, 21 mart - Sputnik. Bu ilin fevral ayında Türkiyənin İstanbul şəhərində evlərin qiyməti yanvar ayı ilə müqayisədə 49 % çox olub.Hesabat dövründə həmin şəhərdə bir kvadratmetr mənzilin orta dəyəri 1 361 ABŞ dollarına çatıb.Beləliklə, hazırda İstanbulda ev almaq üçün orta hesabla 163 min ABŞ dolları lazımdır.Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş və 50 mindən çox insanın həyatına son qoymuş dağıdıcı zəlzələ ölkənin daşınmaz əmlak bazarındakı aktivliyi artıraraq evlərin bahalaşmasına gətirib çıxarıb. Xüsusilə İstanbulun daha təhlükəsiz rayonlarındakı evlərə tələbat artıb. Çünki bir çoxları yaşayış yerini dəyişərək həmin ərazilərə köçmək istəyir (Report).İstanbulda evlərin qiymətinin qalxmasına Rusiya vətəndaşlarının orada daşınmaz əmlak almaq üçün müraciətlərinin sayının artması da səbəb olub. Xüsusilə Ukraynda başlayan xüsusi hərbi əməliyyatlar ruslar arasında Türkiyədə ev almağa marağı artırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424938073_81:0:2812:2048_1920x0_80_0_0_5d18f60ce23e77cf739c93f4121ef5e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istanbul, türkiyə
İstanbulda evlərin qiyməti həndəsi silsilə ilə artmağa başlayıb
16:25 21.03.2023 (Yenilənib: 18:31 21.03.2023) Hesabat dövründə həmin şəhərdə bir kvadratmetr mənzilin orta dəyəri 1 361 ABŞ dollarına çatıb.
BAKI, 21 mart - Sputnik. Bu ilin fevral ayında Türkiyənin İstanbul şəhərində evlərin qiyməti yanvar ayı ilə müqayisədə 49 % çox olub.
Hesabat dövründə həmin şəhərdə bir kvadratmetr mənzilin orta dəyəri 1 361 ABŞ dollarına çatıb.
Beləliklə, hazırda İstanbulda ev almaq üçün orta hesabla 163 min ABŞ dolları lazımdır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş və 50 mindən çox insanın həyatına son qoymuş dağıdıcı zəlzələ ölkənin daşınmaz əmlak bazarındakı aktivliyi artıraraq evlərin bahalaşmasına gətirib çıxarıb. Xüsusilə İstanbulun daha təhlükəsiz rayonlarındakı evlərə tələbat artıb. Çünki bir çoxları yaşayış yerini dəyişərək həmin ərazilərə köçmək istəyir (Report).
İstanbulda evlərin qiymətinin qalxmasına Rusiya vətəndaşlarının orada daşınmaz əmlak almaq üçün müraciətlərinin sayının artması da səbəb olub. Xüsusilə Ukraynda başlayan xüsusi hərbi əməliyyatlar ruslar arasında Türkiyədə ev almağa marağı artırıb.