https://sputnik.az/20230321/rf-ile-strateji-emekdasligin-guclendirilmesi-kursu-deyismez-qalir---si-tszinpin-452915487.html
RF ilə strateji əməkdaşlığın gücləndirilməsi kursu dəyişməz qalır - Si Tszinpin
RF ilə strateji əməkdaşlığın gücləndirilməsi kursu dəyişməz qalır - Si Tszinpin
Sputnik Azərbaycan
Si Tszinpin bildirib ki, Rusiya ilə münasibətləri gücləndirmək və inkişaf etdirmək Çinin strateji seçimidir 21.03.2023, Sputnik Azərbaycan
2023-03-21T12:50+0400
2023-03-21T12:50+0400
2023-03-21T15:55+0400
çin
dünya xəbərləri
çin xalq respublikasının sədri si tszinpin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426773006_0:0:3073:1728_1920x0_80_0_0_692aa6ca4cc7587a84d6e4606b3f4b99.jpg
BAKI, 21 mart — Sputnik. Rusiya ilə münasibətləri gücləndirmək və inkişaf etdirmək Çinin strateji seçimidir və Pekin və Moskva arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi kursu dəyişməz olaraq qalır, Çin lideri Si Tszinpin Rusiya prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüşü zamanı bildirib. Si Tszinpin Rusiya Federasiyası Prezidentinin dəvəti ilə martın 20-22-də Moskvada dövlət səfərindədir və bu, onun üçüncü müddətə ÇXR sədri seçildikdən sonra ilk xaricə səfəridir. İki ölkə liderlərinin qeyri-rəsmi görüşü bazar ertəsi axşam Kremldə baş tutub və dörd saatdan çox davam edib, çərşənbə axşamı tərəflər danışıqlar aparacaq. "Hərtərəfli strateji əməkdaşlıqda ən böyük qonşu və tərəfdaş olan iki ölkə diplomatiya və xarici siyasətində bir-birini prioritet hesab edir. Çin həmişə müstəqil xarici siyasət yürüdür. Rusiya ilə münasibətləri gücləndirmək və inkişaf etdirmək Çinin strateji seçimidir, öz yerli maraqları və dünya inkişafının ümumi tendensiyasıdır", - Çin Xarici İşlər Nazirliyi Si Tszinpindən sitat gətirib. O vurğulayıb ki, "Çin və Rusiya arasında strateji əməkdaşlığın gücləndirilməsinin ümumi kursu dəyişməz olaraq qalır". "Həm Çin, həm də Rusiya milli inkişafı və dirçəlişi həyata keçirmək üçün səy göstərir, hər iki ölkə dünyanın çoxqütblülüyünü dəstəkləyir və beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq edir", - Si Tszinpin əlavə edib. Onun sözlərinə görə, hər iki tərəf müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə davam etməli, BMT və digər çoxtərəfli forumlar çərçivəsində koordinasiya və əməkdaşlığı gücləndirməli, bütün dünyada sülh və sabitliyin sütunu olmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426773006_165:0:2896:2048_1920x0_80_0_0_f8e0ab9a3cfac5be2ab6ff8c4683498a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, çin xalq respublikasının sədri si tszinpin, rusiya
çin, çin xalq respublikasının sədri si tszinpin, rusiya
RF ilə strateji əməkdaşlığın gücləndirilməsi kursu dəyişməz qalır - Si Tszinpin
12:50 21.03.2023 (Yenilənib: 15:55 21.03.2023) Si Tszinpin bildirib ki, Rusiya ilə münasibətləri gücləndirmək və inkişaf etdirmək Çinin strateji seçimidir
BAKI, 21 mart — Sputnik. Rusiya ilə münasibətləri gücləndirmək və inkişaf etdirmək Çinin strateji seçimidir və Pekin və Moskva arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi kursu dəyişməz olaraq qalır, Çin lideri Si Tszinpin Rusiya prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüşü zamanı bildirib.
Si Tszinpin Rusiya Federasiyası Prezidentinin dəvəti ilə martın 20-22-də Moskvada dövlət səfərindədir və bu, onun üçüncü müddətə ÇXR sədri seçildikdən sonra ilk xaricə səfəridir. İki ölkə liderlərinin qeyri-rəsmi görüşü bazar ertəsi axşam Kremldə baş tutub və dörd saatdan çox davam edib, çərşənbə axşamı tərəflər danışıqlar aparacaq.
"Hərtərəfli strateji əməkdaşlıqda ən böyük qonşu və tərəfdaş olan iki ölkə diplomatiya və xarici siyasətində bir-birini prioritet hesab edir. Çin həmişə müstəqil xarici siyasət yürüdür. Rusiya ilə münasibətləri gücləndirmək və inkişaf etdirmək Çinin strateji seçimidir, öz yerli maraqları və dünya inkişafının ümumi tendensiyasıdır", - Çin Xarici İşlər Nazirliyi Si Tszinpindən sitat gətirib.
O vurğulayıb ki, "Çin və Rusiya arasında strateji əməkdaşlığın gücləndirilməsinin ümumi kursu dəyişməz olaraq qalır".
"Həm Çin, həm də Rusiya milli inkişafı və dirçəlişi həyata keçirmək üçün səy göstərir, hər iki ölkə dünyanın çoxqütblülüyünü dəstəkləyir və beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq edir", - Si Tszinpin əlavə edib.
Onun sözlərinə görə, hər iki tərəf müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə davam etməli, BMT və digər çoxtərəfli forumlar çərçivəsində koordinasiya və əməkdaşlığı gücləndirməli, bütün dünyada sülh və sabitliyin sütunu olmalıdır.