Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Novruz gəlir, yaz gəlir" mahınısı necə yaranıb? Müəlliflər danışır

Cavanşir Quliyev - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Sözləri Ramiz Rövşənə, musiqisi Cavanşir Quliyevə məxsus "Novruz gəlir, yaz gəlir" mahnısının yaranmasından 35 il keçib.
BAKI, 21 mart — Sputnik. Şərq xalqlarının, eləcə də Azərbaycanın sevə-sevə qeyd etdiyi Novruz bayramı haqqında xeyli sayda bəstəkar və xalq mahnıları var. Bu mahnılardan ən məhşuru isə "Novruz gəlir, yaz gəlir" mahnısıdır. Mahnısının sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənin, musiqisi isə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevindir. İllərdir ki, hər Novruzda səslənən mahnının maraqlı tarixçəsi var. Müəlliflər bu tarixçəni "Sputnik Azərbaycan"la bölüşüblər.
Azərbaycan musiqisinin canlı əfsanəsi Cavanşir Quliyev bildirib ki, bu mahnı 1987-ci ildə Şəki teatrında tamaşaya qoyulan Mirzə Fətəli Axundovun "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadüküni-məşhur" əsərinin əsasında hazırlanmış "Müsyö Jordan" tamaşası üçün yazılıb:
"O zamanlar teatrın baş rejissoru Cahangir Novruzov idi. Cahangir o tamaşanı fərqli üslubda qoydu. Tamaşada baş verən hadisələr Novruz bayramı günlərində baş verirmiş kimi təqdim olundu. Tamaşa keçəl və kosanın səhnəsi ilə başlayırdı. Keçəl və kosa tamaşada baş verən əhvalatlara da təsir edirdi".
Müəllif qeyd edir ki, həmin il Mədəniyyət Nazirliyi Mirzə Fətəli Axundov dramaturgiyası festivalını keçirirdi. Sözügedən tamaşa da həmin festival üçün hazırlanmışdı. Sözügedən səhnə əsəri festivalın qalibi olub:
"Cahangir o tamaşanı rok stilində qoymuşdu. Tamaşada bu mahnıdan başqa, 19 mahnı var idi. Tamaşada mahnını mən oxumuşdum. Orada kişi səsi lazım idi, əslində keçəl üçün yazılmışdı. O, mahnı Bakıda yazılmalı idi. Aktyor da Şəkidə idi deyə mahnını özüm oxudum".
Tamaşadan sonra isə həmin mahnını Xalq Artisti Aygün Kazımova oxuyub:
"1988-ci ildə Aztv Novruz proqramı hazırlayırdı. Mən də o proqram üçün Aygün Kazımovanı dəvət etdim, o da oxudu. Aygün də o zamanlar gənc idi, təravətli idi. Onun da ömrünün bahar çağı idi deyə mahnı belə uğurlu alındı. Mahnı Muğam teatrında lentə alınıb".
Barəsində danışdığımız mahnının Xalq artisti Aygün Kazımovanın həyatında xüsusi rolu olub. Bu mahnı həm də Cavanşir Quliyev və Aygün Kazımovanın yaradıcılıq birliyinin başlanğıcı idi. Xalq artisti həmin mahnının yazılma tarixi ilə bağlı xatirlərini bölüşərkən deyib:
"1988-ci ildə keçirilən "Bakı payızı" müsabiqəsinin qalibi olandan sonra mənə bəstəkarlar tərəfindən xeyli zənglər oldu. Hamı öz mahnsını təqdim etmək istəyirdi, hamı xoş sözlər deyirdi. İstəyirdilər ki, mən onların mahnılarını oxuyum. Baxdım ki, hamı zəng edir, Cavanşir Quliyevdən başqa. Mən özüm Cavanşir müəllimi axtardım. Onun ev nömrəsini tapıb ona zəng edib dedim ki, "sizi narahat edən "Bakı payızı" yarşımasının qalibi Aygün Kazımovadır". Dedim "Cavanşir müəllim, hamı mənə zəng elədi, mahnı təqdim elədi, sizdən başqa". O da dedi ki, "qızım, mütləq gələrsən, sənə mahnılar verərəm. İlk mahnımız da elə barəsində danışdığımız "Novruz gəlir, yaz gəlir" oldu. O mahnını da özüm aldım. Deməli, Dövlət televiziyasındaydıq, Cavanşir müəllim də orada səs rejissoru vəzifəsində çalışırdı. Birdən Cavanşir müəllim o mahnını ifa etdi. Mən də dedim "ay da, necə gözəl mahnıdır. O ərəfədə də biz "Yurmala" festivalı üçün mahnılar seçirdik. Mən də dedim ki, bunu "Yurmala" üçün oxuyardım. Beləcə, biz Cavanşir müəllimlə tanış olduq, "Novruz gəlir, yaz gəlir" mahnısından sonra Cavanşir müəllimlə iş birliyimiz başladı".
Son vaxtlar milli bayramımızla bağlı mahnılara çox da rast gəlmirik. Cavanşir Quliyev bunun səbəbini belə izah edir:
"Yaranmasına yaranır, amma sevilmir, tez unundulur. Bunun səbəbi çox sadədir. Hər şey sevgiyə bağlıdır. Sevgi ilə yazılsa, əlbəttə ki, uğurlu alınar. Bu gün Azərbaycanda istedadlı insanlar çoxdur. Sadəcə istək olmalıdır. "Əsgər marşını", barəsində danışdığımız mahnını sevgi ilə, ürəkdən yazmışam. Ona görə də illər keçməsinə baxmayaraq, hələ də dinlənilir".
Xəbər lenti
0