Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ləkidə avtomobil qəzasında bir ailənin 5 üzvü xəsarət alıb

© Depositphotos.com / KonejotaQəza
Qəza - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 21 mart - Sputnik. Ağdaşın Ləki qəsəbəsindəki avtomobil qəzası olub.
APA xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü - 1998-ci il təvəllüdlü Məmmədyarova Reyhan Süleyman qızı, 2021-ci il təvəllüdlü Məmmədyarova Yağmur Həsrət qızı, 1953-cü il təvəllüdlü Məmmədyarova Zemfira Telli qızı, 2009-cu il təvəllüdlü İsmiyeva Sevinc Əhməd qızı, 2017-ci il təvəllüdlü Məmmədyarov Oktay Həsrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hazırda onların vəziyyətləri orta-ağırdır, müşahidə altında saxlanılırlar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0