NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bu il Rusiya Çinin ən böyük neft tədarükçüsünə çevrilib

© AFP 2024 / DELIL SOULEIMANNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Ötən il Səudiyyə Ərəbistanı 87,5 milyon ton, Rusiya isə 86,2 milyon ton xam neft tədarük edib.
BAKI, 20 mart — Sputnik. 2023-cü ilin ilk iki ayında Rusiya Çinə xam neft satışını dörddəbir artırıb və Səudiyyə Ərəbistanını geridə qoyaraq Çinin ən böyük neft tədarükçüsü olub.
“Report”un xəbərinə görə, Çinin Baş Gömrük İdarəsi bildirib ki, yanvar-fevral aylarında Rusiyadan neft idxalı sutkada, demək olar ki, 2 milyon barrelə yüksəlib, tədarük olunan xammalın ümumi həcmi isə 15,7 milyon tona çatıb. Bu göstərici ötənilki analoji dövrlə müqayisədə 23,8 % çoxdur.
Öz növbəsində Səudiyyə Ərəbistanı iki ayda 13,92 milyon ton neft satıb ki, bu da gündə təxminən 1,7 milyon barrel deməkdir.
Qeyd olunub ki, ötən il Səudiyyə Ərəbistanı 87,5 milyon ton, Rusiya isə 86,2 milyon ton xam neft tədarük edib.
Neft buruğu - Sputnik Azərbaycan, 1920, 20.03.2023
NEFT-QAZ
Neft aşağı iqtisadi aktivlik riskləri fonunda ucuzlaşır
Xəbər lenti
0