Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda nə qədər daun sindromlu var?

© AFP 2024 / MARTIN BUREAUXəstə uşaq
Xəstə uşaq - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
21 mart Ümumdünya Daun Sindromlu İnsanlar Günüdür.
BAKI, 21 mart — Sputnik. Daun sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır.
Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir.
Bəzi elmi araşdırmalar göstərir ki, daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. Bu sindroma daha çox35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. 35-40 yaşlı qadınlarda 10 dəfə, yaşı 40-dan yuxarı olan qadınlarda isə daun sindromu ilə övlad dünyaya gətirmə riski daha çoxdur.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, daun sindromu olan və 2020-ci ildə ilk dəfə qeydiyyata düşənlərin sayı 67, 2021-ci ildə isə 132 olub. 2021-ci il üçün ümumilikdə ölkə üzrə 857 nəfər qeydiyyatdadır.
Səhiyyə Nazirliyindən bildirilib ki, hələlik ki, ötən ilə dair rəqəmlər hazır deyil.
Qeyd edək ki, ölkədə 2022-ci illə bağlı rəqəmlər hələ ki, açıqlanmayıb.
Xəbər lenti
0