https://sputnik.az/20230320/peskov-turkiye-ile-qaz-qovsagi-haqqinda-452897961.html
Peskov Türkiyə ilə qaz qovşağı haqqında
Peskov Türkiyə ilə qaz qovşağı haqqında
Sputnik Azərbaycan
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan daha əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş veriblər. 20.03.2023, Sputnik Azərbaycan
2023-03-20T18:45+0400
2023-03-20T18:45+0400
2023-03-20T19:35+0400
neft-qaz
qaz
türkiyə
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813288_0:159:3076:1889_1920x0_80_0_0_ab75b9c903301312875cf0aeac686193.jpg
BAKI, 20 mart - Sputnik. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə ilə qaz qovşağının yaradılmasının vaxtı barədə danışarkən bildirib ki, bu, çətin işdir, heç bir gecikmə və texniki problem olmadan həyata keçirilə bilməz.“Aydındır ki, bu, kifayət qədər mürəkkəb işdir, kifayət qədər mürəkkəb layihədir və təbii ki, vaxtında müəyyən dəyişikliklər olmadan, müəyyən texniki və ya digər xarakterli problemlər olmadan həyata keçirmək mümkün deyil. Türkiyə qovşağı Biz izləyəcəyik, türk tərəfdaşları ilə işləməyə və əməkdaşlığa davam edəcəyik”, - Peskov jurnalistlərin Türkiyədə qaz qovşağının açılışının təxirə salınması ilə əlaqədar Kremldə mümkün narahatlıqla bağlı sualını cavablandırıb.Rusiya Federasiyası və Türkiyə prezidentləri bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş vermişdilər. Xüsusilə də bu qovşaq vasitəsilə zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirmək mümkün olardı. Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir, deyə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, digər ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813288_174:0:2903:2047_1920x0_80_0_0_54018d3527483e8303caa6acf4b85f8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, türkiyə, rusiya
Peskov Türkiyə ilə qaz qovşağı haqqında
18:45 20.03.2023 (Yenilənib: 19:35 20.03.2023) Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan daha əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş veriblər.
BAKI, 20 mart - Sputnik. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə ilə qaz qovşağının yaradılmasının vaxtı barədə danışarkən bildirib ki, bu, çətin işdir, heç bir gecikmə və texniki problem olmadan həyata keçirilə bilməz.
“Aydındır ki, bu, kifayət qədər mürəkkəb işdir, kifayət qədər mürəkkəb layihədir və təbii ki, vaxtında müəyyən dəyişikliklər olmadan, müəyyən texniki və ya digər xarakterli problemlər olmadan həyata keçirmək mümkün deyil. Türkiyə qovşağı Biz izləyəcəyik, türk tərəfdaşları ilə işləməyə və əməkdaşlığa davam edəcəyik”, - Peskov jurnalistlərin Türkiyədə qaz qovşağının açılışının təxirə salınması ilə əlaqədar Kremldə mümkün narahatlıqla bağlı sualını cavablandırıb.
Rusiya Federasiyası və Türkiyə prezidentləri bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş vermişdilər. Xüsusilə də bu qovşaq vasitəsilə zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirmək mümkün olardı. Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir, deyə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, digər ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.