Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

© Photo : AZƏRTACAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  - Sputnik Azərbaycan, 1920, 20.03.2023
Abunə olmaq
Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir.
BAKI, 20 mart - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyev xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Əziz bacılar və qardaşlar!
Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!
Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"
Bakıda Novruz bayramı - Sputnik Azərbaycan, 1920, 20.03.2024
CƏMİYYƏT
Azərbaycanda Novruz bayramı qeyd edilir
Xəbər lenti
0