https://sputnik.az/20230320/bakida-fealiyyet-gosteren-teatrlar-bolgelerde-tamasalar-numayis-etdirecekler-452894228.html
Bakıda fəaliyyət göstərən teatrlar bölgələrdə tamaşalar nümayiş etdirəcəklər
Bakıda fəaliyyət göstərən teatrlar bölgələrdə tamaşalar nümayiş etdirəcəklər
Sputnik Azərbaycan
Azərbaycan Dövlət Yuğ Teatrı öz “Şəbədə” tamaşası ilə Şamaxıya yollanacaq. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin qarşısına... 20.03.2023, Sputnik Azərbaycan
2023-03-20T11:42+0400
2023-03-20T11:42+0400
2023-03-20T11:43+0400
mədəniyyət
teatr
qastrol səfəri
qastrol
gənc tamaşaçılar teatrı
azərbaycan dövlət gənc tamaşaçılar teatrı
azərbaycan dövlət pantomima teatrı
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664750_0:160:3073:1888_1920x0_80_0_0_9220e26d35a22dc4e81e6e4706cbe9eb.jpg
BAKI, 20 mart - Sputnik. Bakıda fəaliyyət göstərən teatrlar bölgələrdə tamaşalar nümayiş etdirəcəklər.Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlər davam edir.Regionlarda mədəniyyət həyatının fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi məqsədi daşıyan bu səfərlər bayram tətillərinin ilk günlərindən başlanır.Novruz bayramı günləri paytaxtın səkkiz aparıcı mədəniyyət ocağının kollektivi ölkənin müxtəlif regionlarında maraqlı repertuarla bölgə tamaşaçılarının qarşısına çıxacaq.Proqram çərçivəsində ilk qastrol edən kollektiv Azərbaycan Dövlət Yuğ Teatrı öz “Şəbədə” tamaşası ilə Şamaxıya yollanacaq. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin qarşısına çıxacaq.A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyət martın 22-si Salyan və Lənkərana gedəcək. Kuklaçılar M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını əvvəlcə Salyan Dövlət Kukla Teatrında nümayiş etdirəcək. Həmin gün kollektiv Lənkəran şəhərindəki uşaq evi sakinlərinin də könlünü oxşayacaq.Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olacaq. Kollektiv martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə teatrının səhnəsində nümayiş etdirəcək.Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İbrahim Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” əsərinin tamaşası ilə martın 23-də Mingəçevir teatrının səhnəsində çıxış edəcək.Şuşa Dövlət Musiqili Dram Teatrı “Lənkəran xanının vəziri”ni qusarlı tamaşaçılarla görüşdürəcək. Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılacaq.Azərbaycan Dövlət Pantomim Teatrı martın 24-də Qəbələ rayon Mədəniyyət Mərkəzində “Pantomim buketi”ni nümayiş etdirəcək.Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sumqayıt teatrsevərlərinin görüşünə gedəcək. Yaradıcı heyət “Dəcəl keçi” nağıl-tamaşasını martın 26-da təqdim edəcək.Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Məlikməmməd” nağıl-tamaşası ilə (27 mart) Şəkidə teatrsevərlərin qarşısına çıxacaq.Novruz tətillərində musiqisevərlər də diqqətdən kənarda qalmayacaqlar. Martın 23-də Sumqayıt Muğam Mərkəzində muğam konserti keçiriləcək.Konsertdə Muğam Televiziya müsabiqələrinin iştirakçısı və qalibləri, eləcə də respublika və beynəlxalq müsabiqələrin laureatları çıxış edəcəklər.Xanəndələr Aytən Məhərrəmova, Məmməd Nəcəfov, Zabitə Alıyeva, Babək Şuşalı, Yaqut Xəlilzadə, Nisbət Sadrayeva, Xəyal Hüseynov, Rəvan Qaçayev, gənc xanəndələr Ədilə Əliyeva, Sevil Abdullayeva, Yusif Sadıxov, Həsrət Əzizli, tarzənlər Səxavət Məmmədov, İsmayıl Zülfüqarov, qanun ifaçısı Natəvan Həsənova, kamançaçı Fərrux Haşımlı, balabançı Rafael Əsgərov, nağaraçı Vüsal Bayramovun ifasında tamaşaçılar muğam və təsnifləri, instrumental muğam parçalarını, habelə muğam improvizasiyalarını dinləmək imkanı əldə edəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664750_170:0:2901:2048_1920x0_80_0_0_f28c8381e1b9dbec25688afc305b38ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
teatr, qastrol səfəri, qastrol, gənc tamaşaçılar teatrı, azərbaycan dövlət gənc tamaşaçılar teatrı, azərbaycan dövlət pantomima teatrı
teatr, qastrol səfəri, qastrol, gənc tamaşaçılar teatrı, azərbaycan dövlət gənc tamaşaçılar teatrı, azərbaycan dövlət pantomima teatrı
Bakıda fəaliyyət göstərən teatrlar bölgələrdə tamaşalar nümayiş etdirəcəklər
11:42 20.03.2023 (Yenilənib: 11:43 20.03.2023) Azərbaycan Dövlət Yuğ Teatrı öz “Şəbədə” tamaşası ilə Şamaxıya yollanacaq. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin qarşısına çıxacaq.
BAKI, 20 mart - Sputnik. Bakıda fəaliyyət göstərən teatrlar bölgələrdə tamaşalar nümayiş etdirəcəklər.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlər davam edir.
Regionlarda mədəniyyət həyatının fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi məqsədi daşıyan bu səfərlər bayram tətillərinin ilk günlərindən başlanır.
Novruz bayramı günləri paytaxtın səkkiz aparıcı mədəniyyət ocağının kollektivi ölkənin müxtəlif regionlarında maraqlı repertuarla bölgə tamaşaçılarının qarşısına çıxacaq.
Proqram çərçivəsində ilk qastrol edən kollektiv Azərbaycan Dövlət Yuğ Teatrı öz “Şəbədə” tamaşası ilə Şamaxıya yollanacaq. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin qarşısına çıxacaq.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyət martın 22-si Salyan və Lənkərana gedəcək. Kuklaçılar M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını əvvəlcə Salyan Dövlət Kukla Teatrında nümayiş etdirəcək. Həmin gün kollektiv Lənkəran şəhərindəki uşaq evi sakinlərinin də könlünü oxşayacaq.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olacaq. Kollektiv martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə teatrının səhnəsində nümayiş etdirəcək.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İbrahim Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” əsərinin tamaşası ilə martın 23-də Mingəçevir teatrının səhnəsində çıxış edəcək.
Şuşa Dövlət Musiqili Dram Teatrı “Lənkəran xanının vəziri”ni qusarlı tamaşaçılarla görüşdürəcək. Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılacaq.
Azərbaycan Dövlət Pantomim Teatrı martın 24-də Qəbələ rayon Mədəniyyət Mərkəzində “Pantomim buketi”ni nümayiş etdirəcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sumqayıt teatrsevərlərinin görüşünə gedəcək. Yaradıcı heyət “Dəcəl keçi” nağıl-tamaşasını martın 26-da təqdim edəcək.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Məlikməmməd” nağıl-tamaşası ilə (27 mart) Şəkidə teatrsevərlərin qarşısına çıxacaq.
Novruz tətillərində musiqisevərlər də diqqətdən kənarda qalmayacaqlar. Martın 23-də Sumqayıt Muğam Mərkəzində muğam konserti keçiriləcək.
Konsertdə Muğam Televiziya müsabiqələrinin iştirakçısı və qalibləri, eləcə də respublika və beynəlxalq müsabiqələrin laureatları çıxış edəcəklər.
Xanəndələr Aytən Məhərrəmova, Məmməd Nəcəfov, Zabitə Alıyeva, Babək Şuşalı, Yaqut Xəlilzadə, Nisbət Sadrayeva, Xəyal Hüseynov, Rəvan Qaçayev, gənc xanəndələr Ədilə Əliyeva, Sevil Abdullayeva, Yusif Sadıxov, Həsrət Əzizli, tarzənlər Səxavət Məmmədov, İsmayıl Zülfüqarov, qanun ifaçısı Natəvan Həsənova, kamançaçı Fərrux Haşımlı, balabançı Rafael Əsgərov, nağaraçı Vüsal Bayramovun ifasında tamaşaçılar muğam və təsnifləri, instrumental muğam parçalarını, habelə muğam improvizasiyalarını dinləmək imkanı əldə edəcəklər.