https://sputnik.az/20230320/azerbaycanda-insanlar-ne-derecede-xosbextdir-452604262.html
Azərbaycanda insanlar nə dərəcədə xoşbəxtdir?
Azərbaycanda insanlar nə dərəcədə xoşbəxtdir?
Sputnik Azərbaycan
Dünya Xoşbətlik Hesabatında ilk yerlərdə Finlandiya, Danimarka, İsveçrə, İslandiya, Hollandiya, Norveç və İsveç kimi ölkələr qərarlaşıb. 20.03.2023, Sputnik Azərbaycan
2023-03-20T09:39+0400
2023-03-20T09:39+0400
2023-03-20T09:39+0400
insan
cəmiyyət
xoşbəxt
reytinq
azərbaycan
finlandiya
https://cdnn1.img.sputnik.az/img/42397/44/423974459_442:351:2000:1227_1920x0_80_0_0_b45672e408561bef2dfca4959df52d69.jpg
BAKI, 20 mart — Sputnik. Martın 20-si dünyada "Beynəlxalq Xoşbəxtlik Günü" kimi qeyd edilir. 2002-ci ildən etibarən Dünya Xoşbətlik Hesabatında ən xoşbəxt ölkələrin adları açıqlanır. Artıq bir neçə ildir ki, Finlandiya 7,842 xalla siyahıya liderlik edib. Sonrakı sırada Danimarka (7,620), İsveçrə (7,571), İslandiya (7,554), Hollandiya (7,464), Norveç (7,392) və İsveç (7,363) qərarlaşıb. "Worldpopulationreview"un məlumatına görə, bu hesabatın hazırlanması üçün tədqiqatçılar 149 ölkədəki vəziyyəti 6 kateqoriya üzrə araşdırıblar:Azərbaycan isə adıçəkilən siyahıda 88-ci yerdə qərarlaşıb. Ölkənin reytinq dərəcəsi isə 5 min 171 olub. Rusiya isə 5 min 477 reytinq dərəcəsi ilə siyahıda 77-ci yerdə qərarlaşıb. Gürcüstan 106-cı, Türkiyə 102-ci, İran 116-cı yerdə qərarlaşıb. Maraqlıdır, Azərbaycanda xoşbəxtlik səviyyəsi nə üçün aşağıdır? İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indikatorlara baxdıqda həqiqətən də tam uyğun bir yerdə olduğumuzu görə bilərik:"Seçki ilə bağlı Azərbaycanda elə bir vəziyyət yaradılmalıdır ki, uduzan udanın əlini sıxsın, nəticələrin şəffaflığına inansın", - deyə ekspert əlavə edib. İqtisadçı həmçinin təqaüd yaşı ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bununla yanaşı ölkədə təqaüd məbləği də aşağıdır.Psxioloji və tibbi amillərin, xüsusən də insanların öz həyatlarını başqaları ilə müqayisə etmələrinin necə, burada rolu varmı? Psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda insanların öz həyatlarını başqaları ilə müqayisəetmə sindromu var.Melatonin hormonunun çatışmazlığının bu məsələdə rolu varmı? Həmsöhbətimiz bildirir ki, adıçəkilən hormon çatışmazlığının da insanların özlərini xoşbəxt hiss etməməsində təsiri var. Finlandiya sakinləri nə üçün xoşbəxtdir və burada başqa hansı amillərin rolu var? Xoşbəxtliyin əsaslarını öyrənən bir filosof və psixologiya üzrə tədqiqatçı Frank Martela bu amilləri açıqlayıb Onu fikrincə, finlər arasında güclü və qarşılıqlı etimad hissi var, onlar seçimlərində azaddırlar, korrupsiya, rüşvətlə bağlı ölkə rəhbərliyinə qarşı hansısa şübhənin olmaması bu ölkəni xoşbəxt edən səbəblərdəndir. O bildirir ki, finlərin xoşbəxt olmasının səbəbi həm də müəyyən psixoloji amillərlə əlaqəlidir. "Xoşbəxtliyin fundanmenti nədir?", sualına cavabı araşdıran mütəxəssis digər səbəbləri belə sıralayıb: Tədqiqatçının qənaətinə görə, digər səbəb isə onların təbiətə daha bağlı olması, onu daha çox sevməsi ilə əlaqədardır:Finlandiya sakinlərinin xoşbəxtliyinin digər səbəbi inam, etimadla bağlıdır. Mütəxəssis bildirir ki, finlər üçün ətrafda qazandıqları inam və etibarı itirmək böyük cinayətə bərabərdir:"Biz finlər heç zaman kiminsə inam və etibarından sui-istifadə etmirik. Bunun üçün Finlandiyada ötən il maraqlı bir eksperiment həyata keçirilib. "İtmiş pulqabı" ekspermenti bir daha sübut edib ki, itirilən, içi böyük məbləğdə pul ilə dolu olan pulqabılar sahiblərinə geri qaytarılır. Onlar bir-birlərinə etimad etməklə də özlərini daha xoşbəxt hiss edirlər. Əgər tramvayda noutbukunuzu, yaxud da bahalı smartfonunuzu itirmisinizsə, rahat ola bilərsiz, qısa müddətdə əşyanız sizə geri qaytarılacaq". Qeyd edək ki, Finlandiyada azyaşlılar rahatlıqla, nəzarət olmadan təkbaşına bir yerdən digərinə gedə, ictimai nəqliyyatda səyahət edə, parkda oynaya bilir. Onu da qeyd edək ki, qdıçəkilən reytinqdə dünyanın ən bədbəxt ölkəsinin Əfqanıstan olduğu bildirilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/44/423974459_359:260:1786:1330_1920x0_80_0_0_f109568dfb055c3d1a422bb1d46ef3b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
insan, xoşbəxt, reytinq, azərbaycan, finlandiya
insan, xoşbəxt, reytinq, azərbaycan, finlandiya
Azərbaycanda insanlar nə dərəcədə xoşbəxtdir?
Dünya Xoşbətlik Hesabatında ilk yerlərdə Finlandiya, Danimarka, İsveçrə, İslandiya, Hollandiya, Norveç və İsveç kimi ölkələr qərarlaşıb.
BAKI, 20 mart — Sputnik. Martın 20-si dünyada "Beynəlxalq Xoşbəxtlik Günü" kimi qeyd edilir. 2002-ci ildən etibarən Dünya Xoşbətlik Hesabatında ən xoşbəxt ölkələrin adları açıqlanır. Artıq bir neçə ildir ki, Finlandiya 7,842 xalla siyahıya liderlik edib. Sonrakı sırada Danimarka (7,620), İsveçrə (7,571), İslandiya (7,554), Hollandiya (7,464), Norveç (7,392) və İsveç (7,363) qərarlaşıb.
"Worldpopulationreview"un məlumatına görə, bu hesabatın hazırlanması üçün tədqiqatçılar 149 ölkədəki vəziyyəti 6 kateqoriya üzrə araşdırıblar:
adambaşına düşən ümumi daxili məhsul,
ölkədəki korrupsiya səviyyəsi.
Azərbaycan isə adıçəkilən siyahıda 88-ci yerdə qərarlaşıb. Ölkənin reytinq dərəcəsi isə 5 min 171 olub. Rusiya isə 5 min 477 reytinq dərəcəsi ilə siyahıda 77-ci yerdə qərarlaşıb. Gürcüstan 106-cı, Türkiyə 102-ci, İran 116-cı yerdə qərarlaşıb.
Maraqlıdır, Azərbaycanda xoşbəxtlik səviyyəsi nə üçün aşağıdır?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indikatorlara baxdıqda həqiqətən də tam uyğun bir yerdə olduğumuzu görə bilərik:
"Çünki bu indikatorların bir çoxu üzrə Azərbaycanda problemlər var. Sosial problemlər, səhiyyə, seçim azadlığı ilə bağlı ölkədə ciddi problemər var. Bundan başqa, əhalinin qazancının 52-53 faizinin ərzaq məhsullarına xərclənməsi də ciddi problemdir. Azərbaycanda köklü yanaşmalara, islahatlara ehtiyac var. İnsanların maddi vəziyyəti onların həyat keyfiyyətinin artmasına səbəb olur. Həyat keyfiyyətinin artması isə ömrün uzanmasına təsir edir".
"Seçki ilə bağlı Azərbaycanda elə bir vəziyyət yaradılmalıdır ki, uduzan udanın əlini sıxsın, nəticələrin şəffaflığına inansın", - deyə ekspert əlavə edib.
İqtisadçı həmçinin təqaüd yaşı ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bununla yanaşı ölkədə təqaüd məbləği də aşağıdır.
Psxioloji və tibbi amillərin, xüsusən də insanların öz həyatlarını başqaları ilə müqayisə etmələrinin necə, burada rolu varmı?
Psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda insanların öz həyatlarını başqaları ilə müqayisəetmə sindromu var.
"Şərq ölkəsi kimi biz cəmiyyətdə ictimai rəydən daha çox asılıyıq. Məsələn, kimsə daha dəbdəbəli toy edibsə, mən də son qəpiyimə qədər xərcləyib onun kimi, ondan da yaxşı toy etməliyəm. İstər toy, istərsə də yas mərasimlərində biz ictimai rəydən daha çox asılıyıq", - deyə psixoloq bildirib.
Melatonin hormonunun çatışmazlığının bu məsələdə rolu varmı?
Həmsöhbətimiz bildirir ki, adıçəkilən hormon çatışmazlığının da insanların özlərini xoşbəxt hiss etməməsində təsiri var.
Finlandiya sakinləri nə üçün xoşbəxtdir və burada başqa hansı amillərin rolu var?
Xoşbəxtliyin əsaslarını öyrənən bir filosof və psixologiya üzrə tədqiqatçı Frank Martela bu amilləri açıqlayıb Onu fikrincə, finlər arasında güclü və qarşılıqlı etimad hissi var, onlar seçimlərində azaddırlar, korrupsiya, rüşvətlə bağlı ölkə rəhbərliyinə qarşı hansısa şübhənin olmaması bu ölkəni xoşbəxt edən səbəblərdəndir.
O bildirir ki, finlərin xoşbəxt olmasının səbəbi həm də müəyyən psixoloji amillərlə əlaqəlidir. "Xoşbəxtliyin fundanmenti nədir?", sualına cavabı araşdıran mütəxəssis digər səbəbləri belə sıralayıb:
"Biz özümüzü müqayisə etməyi sevmirik. Qonşularımız, qohumlarımız, iş yoldaşlarımızla özümüzü müqayisə etmirik, əlimizdəkilərə qane ola bilirik. Məsələn, çox imkanlı bir finlandiyalı özünə bahalı avtomobil ala biləcəyi halda ictimai nəqliyyatla səyahət etməyə daha çox üstünlük verir. Nəyin bizi xoşbəxt etdiyini bilirik və daha çox öz bacarıqlarımıza, gücümüzə fokuslanırıq, nəinki qonşunun imkanına, var-dövlətinə, şəraitinə".
Tədqiqatçının qənaətinə görə, digər səbəb isə onların təbiətə daha bağlı olması, onu daha çox sevməsi ilə əlaqədardır:
"Biz təbiəti çox sevirik. Çünki bilirik ki, təbiət bizə zehin aydınlığı, rahatlıq, enerji, güc-qüvvə verir. Bu ölkədə əsas şəhərlərdə belə təbiətdən zövq almaq mümkündür".
Finlandiya sakinlərinin xoşbəxtliyinin digər səbəbi inam, etimadla bağlıdır. Mütəxəssis bildirir ki, finlər üçün ətrafda qazandıqları inam və etibarı itirmək böyük cinayətə bərabərdir:
"Biz finlər heç zaman kiminsə inam və etibarından sui-istifadə etmirik. Bunun üçün Finlandiyada ötən il maraqlı bir eksperiment həyata keçirilib. "İtmiş pulqabı" ekspermenti bir daha sübut edib ki, itirilən, içi böyük məbləğdə pul ilə dolu olan pulqabılar sahiblərinə geri qaytarılır. Onlar bir-birlərinə etimad etməklə də özlərini daha xoşbəxt hiss edirlər. Əgər tramvayda noutbukunuzu, yaxud da bahalı smartfonunuzu itirmisinizsə, rahat ola bilərsiz, qısa müddətdə əşyanız sizə geri qaytarılacaq".
"Xoşbəxtliyə nail olmaq üçünəvvəlcə cəmiyyətdə necə görünməlisiz, görünə bilərsiz, bu haqda düşünün", - deyə mütəxəssis əlavə edir.
Qeyd edək ki, Finlandiyada azyaşlılar rahatlıqla, nəzarət olmadan təkbaşına bir yerdən digərinə gedə, ictimai nəqliyyatda səyahət edə, parkda oynaya bilir.
Onu da qeyd edək ki, qdıçəkilən reytinqdə dünyanın ən bədbəxt ölkəsinin Əfqanıstan olduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.