https://sputnik.az/20230319/ermenistan-qovdugu-sakinlerinin-geri-qayitmasina-serait-yaratmalidir---qa-452873626.html
Ermənistan qovduğu sakinlərinin geri qayıtmasına şərait yaratmalıdır - QAİ
Ermənistan qovduğu sakinlərinin geri qayıtmasına şərait yaratmalıdır - QAİ
Sputnik Azərbaycan
Sənəddə vurğulanır ki, Qərbi azərbaycanlıların öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl... 19.03.2023, Sputnik Azərbaycan
2023-03-19T12:59+0400
2023-03-19T12:59+0400
2023-03-19T12:59+0400
siyasət
qərbi azərbaycan icması
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/18/449981613_0:32:1000:595_1920x0_80_0_0_a58632f5bb4dc73b3eb1c23774d882b5.jpg
BAKI, 19 mart - Sputnik. "Ermənistan qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır". Bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.Qeyd edilib ki, sırf insan haqları məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib:Məlumatda bir da vurğulanıb ki, Qərbi Azərbaycan İcması nümayəndələri Ermənistan adlanan ərazinin qanuni sakinləridir və evlərinə geri qayıtmaq onların mütləq və əzəli hüququdur:QAİ bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırıb:"Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230313/bolgede-sulhun-yolu-dialoq-barisiq-ve-reinteqrasiyadan-kecir---qerbi-azerbaycan-cmasi---452665630.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/18/449981613_83:0:918:626_1920x0_80_0_0_99c9c4bd7e2719e73e2ddd701d30e7af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qərbi azərbaycan icması, ermənistan
qərbi azərbaycan icması, ermənistan
Ermənistan qovduğu sakinlərinin geri qayıtmasına şərait yaratmalıdır - QAİ
Sənəddə vurğulanır ki, Qərbi azərbaycanlıların öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz.
BAKI, 19 mart - Sputnik. "Ermənistan qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır". Bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Ermənistan Xarici İşlər Nazirliyi 18 mart 2023-cü il tarixində bəyanat verərək, bu ölkədən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququna xələl gətirməyə növbəti dəfə cəhd edib", - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, sırf insan haqları məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib:
“Bizim təşkilatımız 1989-cu ildə təsis edilib və o dövrdən bəri ardıcıl olaraq, geri qayıtmaq hüququmuzun reallaşması uğrunda mübarizə aparırıq. Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər indi orada əhalinin 99%-dən çoxunu təşkil edirlər. Bu vəziyyət bədnam etnik təmizləmə nəticəsində meydana çıxıb. Ermənistanda qalmış cüzi sayda etnik azlıqlara dekorativ məqsədlə, parlamentdə kvota əsasında müəyyən sayda yer vermək, etnik təmizləmələri və davam edən irqi-ayrı seçkiliyi ört-basdır etmək üçün uğursuz cəhdlərdir.
Məlumatda bir da vurğulanıb ki, Qərbi Azərbaycan İcması nümayəndələri Ermənistan adlanan ərazinin qanuni sakinləridir və evlərinə geri qayıtmaq onların mütləq və əzəli hüququdur:
"Ermənistan Azərbaycan ilə münasibətlərinin xarakterindən asılı olmayaraq, öz ərazisindən qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır. Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə, mədəni irsimizin dağıdılmasına son verməyə və bu qanunsuzluğu aradan qaldırmağa çağırırıq".
QAİ bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırıb:
"Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.